Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli Əhmədovdan Sərdar Cəlaloğluna irad: “Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?“

Tarix 11.09.19, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar yalnız müşahidə apara bilərlər, kiminsə seçilməsi ilə bağlı məsələlərə müdaxilə etməyə ixtiyarları yoxdur".

APA -nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışına münasibət bildirərkən deyib.
O, S. Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib, ona bilmədiyi məsələlərdən danışmamağı tövsiyə edib.
"Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən? Bilmədiyin halda, niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin, bu ənənə davam edir. Dövlətlər və ölkələrarası münasibətlərə töhfəyə görə verilir. Qeyri-ciddi fikirlər səsləndirməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?", - deyə Ə. Əhmədov bildirib.

Qeyd edək ki, S. Cəlaloğlu tədbirdə çıxışı zamanı deyib ki, beynəlxalq hüquqa görə, xarici təşkilatların ölkədə seçki prosesinə müdaxiləsinə imkan verilməlidir.

Azərbaycanın bəzi siyasətçilərinin Rusiyanın "Dostluq" Ordeni ilə təltif olunmasını anlamadığını bildirən S. Cəlaloğlu N. Patruşevin səfərinə də toxunub, Rusiyanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirib.



Xəbərin oxunma sayı : 403




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap