Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əli İnsanov 15 nəfərlə birgə partiya yaratdı, TK-nin sədr seçildi - SİYAHI

Tarix 24.11.19, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq səhiyyə naziri Əli İnsanov yeni partiya yaratdığını elan edib.

AzFakt.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat və foto paylaşıb.

Sabiq nazir bildiriib ki, bu gün siyasi həmfikirləri ilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə aparıblar:

“Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat Komitəsinin (TK) üzvləri aşagıdakılardan ibarətdir:

1) Əli İnsanov – sədr:

2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor;

3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru;

4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi;

5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini;

6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;

7) İlqar Quliyev-Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;

8) Babək Adıgözəlov- Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;

9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü;

10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri;

11) Zaur Bayramoglu- Qazi.

12) Murad Muradov- İctimai fəal.

13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.

14) Fərrux Binətzadə- Hüquqşünas, keçmiş polis zabiti;

15) Murad Quliyev- İqtisadçı Hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı”.

Ə.İnsanov qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.




Xəbərin oxunma sayı : 601




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap