Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli İnsanovun məhkəməsi təxirə salındı – Prokuror vaxt istədi

Tarix 14.11.17, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasa Ə. İnsanov gətirilməyib.

Dövlət ittihamçısı Rizvan Şəmmədov bildirib ki, işlə tanış ola bilmədiyi üçün ona vaxt verilsin. Prokurorun vəsatəti təmin edilib və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

* * *

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün növbəti dəfə hakim qarşısına çıxarılacaq. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçmiş nazirin kasasiya şikayətinə baxılacaq. Proses saat 9:30-da başlayacaq.

Bu barədə “Yeni Müsavat”a İnsanovun vəkili Toğrul Babayev məlumat verdi: “Məhkəmə saat onun yarısında başlayacaq. Əli İnsanov məhkəməyə gətirilməyəcək. Onun iştirakı olmadan şikayətə baxılacaq. Məhkəməyə gətirilməməsi ilə bağlı başqa bir səbəb yoxdur, sadəcə, özü iştirak etmək istəmir. Onunla həbsxanada görüşdüm, məhkəmə ilə bağlı nəsə bir sözü-filan olmadı. Məhkəmədən hər hansı bir gözləntimiz barədə sualınıza gəlincə deyə bilərəm ki, ərizə yazmışıq, xahişimiz olunub, bəraət istəyirik. Prosesin sonunda nəticəni biləcəyik. Qərara uyğun olaraq, Avropa Məhkəməsinə müraciət edib-etməyəcəyimiz məlum olacaq”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarım azadlıqdan məhrum edilib.






Xəbərin oxunma sayı : 139




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap