Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əli Əsədov nazir və icra başçılarının iştirakı ilə müşavirə keçirib – Nələr müzakirə edilib?

Tarix 27.06.20, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. 

AzFakt.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş dörd böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu, hökuməti ciddi narahat edir.

Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.

Baş Nazir bildirib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.

Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.




Xəbərin oxunma sayı : 1741




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap