Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli Həsənov üzərində şəkli əks olunan xalça toxutdurdu - FOTOFAKT

Tarix 25.10.21, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar PA-nın sabiq şöbə müdiri Əli Həsənov haqqında qalmaqallı informasiyalar səngimək bilmir.

Əli Həsənov bu dəfə özünə fotosu əks olunan xalça sifariş etdiyinə görə yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı özünün Facebook səhifəsində Portretxalca.az saytı yayıb və ona minnətdarlığını bildirib:

“Müştərimizə Bizə etibar etdiyi və paylaşıma icazə verdiyi üçün təşəkkür edirik”.

Bundan əlavə PA-nın keçmiş şöbə müdirinin şəxsiyyətinə olan “həssaslığı” əvvəllər də dəfələrlə özünü büruzə verib. Hələ vəzifədə olduğu dövrlərdə Əli Həsənovun media üzərindəki təsirindən özünü təriflətmək üçün istifadə etdiyi ilə bağlı da bir sıra iddialar mövcuddur.

Eyni zamanda Əli Həsənovun vəzifədə olduğu dövrlərdə öz trol ordusundan vaxtaşırı bu cür hədiyyələr alması da sirr deyil. Lakin indiki situasiyada bu addımın birbaşa Əli Həsənovun özü tərəfindən atılması daha real görünür. Belə ki Əli Həsənov son dönəmlər gündəmdə qalmaq üçün müxtətəlif yollara əl atması aydın şəkildə sezilməkdədir. Ələxsus da, xalça ilə bağlı paylaşıma özünün icazə verməsi ilə bağlı qeyd olunan fikirlər bu iddianın doğru olması ehtimallarını daha da artırıb.

Ümumilikdə isə, Əli Həsənovun üzərində fotosu əks olunan xalça toxutdurmasını, PA-nın sabiq şöbə müdirinin gündəmdə qalmaq üçün atdığı növbəti addım kimi qiymətləndirə bilərik.

Qeyd edək ki, Əli Həsənovun adı son dönəmlər daha çox jurnalistlər üçün tikilən binada yol verilən yeyintiyə görə həbs edilən KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin cinayət işində hallanır.

Bundan əlavə, sözügedən mövzunun geniş müzakirələrə səbəb olmasından sonra Əli Həsənov özünün “Facebook” hesabını da dondurub.

Əli Həsənov üzərində şəkli əks olunan xalça toxutdurdu






Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap