Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürülüb - Kondisioner, televizor, telefon və digər xidmətlər...

Tarix 13.08.17, 3:05

Font ölçüsü : - / +
bitmap-img6


Bir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövsuzu, heç şübhəsiz ki, baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadır.

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Image result for Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

Dəhşətli qəzadan sonra ən çox müzakirə mövzusu isə Əli Həsənovun nəvəsinin həbs edilib-edilməyəcəyi idi. Hadisədən sonra vəziyyətinin ağır olduğu deyilən N.Allahverdiyevlə bağlı gözlənilən rəsmi məlumat bir neçə gün sonra yayıldı.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Image result for maqa həbs edildi

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

Ə.Həsənovun nəvəsinin həbsindən sonrakı müzakirə mövsuzu isə ərköyün və lüks həyata alışmış Nailə həbsxanada yaradılacaq şərait idi. 
İlk olara sosial şəbəkələrdə Kürdəxanıdan yazıldığı deyilən anonim məktub yayıldı.

Məhbuslardan biri tərəfindən yazıldığı bildirilən məktubda deyilirdi:

“Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir...”.
Musavat.com Əli Həsənovun nəvəsinin həbsxanadakı şəraiti haqda eksklüziv məlumat əldə edib.

Əldə etdiyimiz məlumata görə, Nail Allahverdiyev doğrudan da saxlanıldığı həbsxananın ən lüks otağına köçrülüb. Bu otaq isə bir neçə gün əvvələ qədər Vidadi Zeynalova məxsus imiş. 

Image result for vidadi zeynalov

İki gün əvvəl xəbər vermişdik ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalov müalicə müəssisəsinə köçürülüb. Məhkəmənin hökmü 13 il azadlıqdan məhrum edilən məmurun səhhətində problem olduğunu vəkili də təsdiq edirdi. Amma məlum məsələdir ki, həbsxana şəraitində saxlanılan hər bir məhbusun arzusu elə müalicə müəssisəsinə köçürülməkdir. Çünki oradakı şərait həbsxanadan qat-qat yaxşıdır.

Bir məsələ də var ki, Vidadi Zeynalovun Kürdəxanıdakı vəziyyəti də pis deyildi. O, həbsxananın ən lüks, ən bahalı otağında cəza çəkirdi. Həmin kamerada kondisioner, televizor, telefon və digər xidmətlər təmin edilirdi.

Vidadi Zeynalov müalicə müəssisəsinə köçürüldükdən sonra yeri boş qalmayıb. Elə həmin gün Əli Həsənovun nəvəsini sabiq məmurun lüks kamerasına yerləşdiriblər. İndi “Qaçqınkom”un nəvəsinin həbsxana şəraiti digər məhkumlardan qat-qat yaxşıdır.
Yəni, baş nazirin müavininin nəvəsi elə həbsxanada da baş nazirin müavininin nəvəsidir...

Musavat.com




Xəbərin oxunma sayı : 1534




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap