Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli Kərimlidən əfv fərmanına reaksiya: “Dostlarımızın bir qisminin azadlığa çıxması bizi sevindirir“

Tarix 17.03.19, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


AXCP sədri Əli Kərimli prezident İlham Əliyevin imzaladığı əfv fərmanına münasibət bildirib. 

AzFakt.com bildirir ki, o, özünün Facebook səhifəsində bunları yazıb:

"Siyasi məhbusların bir qrupunun azadlığa çıxması hamımızı sevindirir. Hər kəsi təbrik edirəm! Müavinlərim Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, NİDA-çı siyasi məhbuslar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəman, siyasi girovlarımız – qaynım Elnur Seyidov və Natiq Ədilovun qardaşı Murad Ədilov, keçmiş səhiyyə naziri Əli İnsanov, müsavatçı Əlikram Xurşudov, keçmiş müstəntiq Rüfət Səfərov, yazar Tofiq Həsənli, bloqçu Rəşad Ramazanov, jurnalist Fikrət Fərəməzoğlu, Müsəlman Birliyi Hərəkatının sәdr müavini Elcin Qasımov, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev, dindar siyasi məhbuslar Lətif Əhmədov, Rasim Cəbrayılov, Nizami Qəniyev, Ruzi İsmayılov, Nicat Əliyev azadlığa çıxacaq. 

Dostlarımızın bir qisminin bayram ərəfəsi azadlığa çıxması bizi sevindirir. Ancaq təəssüf ki, yenə də əfv sərəncamı yarımçıq oldu, siyasi məhbusların az bir qismini əhatə etdi. Əfv sərəncamı ilə azadlığa çıxan bütün məhbusların ailələrini, yaxınlarını təbrik edirəm. Birgə mübarizəmizlə digər siyasi məhbusların da azad edilməsinə nail olacağıq".




Xəbərin oxunma sayı : 238




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap