Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əli Kərimlinin dələduzluğu və diktatorluğu artıq ətrafı tərəfindən təsdiqlənir - Vüqar Rəhimzadə

Tarix 01.10.19, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


AXCP sədri Əli Kərimlinin mənəviyyatsız üsullarla mübarizə aparması heç kimə sirr deyil. “Demokrat” donuna bürünərək min bir oyundan çıxan Əli Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər də üzə çıxıb. Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və antimilli fəaliyyətindən dəfələrlə söz açıblar.

Bu sözləri Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Razi Nurullayev postundan istefa verərkən bildirmişdi ki, AXCP-də diktatura hökm sürür, partiyanın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir: “AXCP-dən istefa verən şəxslərin hamısı Əli Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Sıravi cəbhəçilər belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Əli Kərimliyə xidmət edir”.

“Bu günlərdə AXCP Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyev də öz cəbhədaşlarına video-müraciətində Əli Kərimlinin bütün çirkli oyunlarını, xəyanətkar əməllərini, maliyyə fırıldaqlarını ifşa edib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Aydın Əliyev bu müraciətində Əli Kərimlini siyasi dələduz adlandırır: “Aydın Əliyev Əli Kərimlinin xislətinə çox yaxşı bələd olduğundan müraciətində bildirir ki, bundan sonra AXCP-də ona qarşı böhtan və şər kampaniyası başladacaqlar. Ancaq o, həmin şəxsləri əvvəlcədən xəbərdar edir ki, Əli Kərimlinin göstərişlərinə uymasınlar və onun barəsində danışarkən haqq və ədalət hissini unutmasınlar. Çünki bir gün gələcək o tapşırıqları yerinə yetirənlər də Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, bu cür hadisələrin baş verməsi AXCP daxilində böyük ixtilafların baş verdiyini və Əli Kərimlinin artıq prosesləri idarə edə bilmədiyini göstərir. İfşa faktlarının ardıcıl olaraq üzə çıxması, xüsusilə də Əli Kərimlinin dələduzluğunun və diktatorluğunun artıq ətrafı tərəfindən təsdiqlənməsi AXCP trolbaşının istefasının labüdləşdiyini isbatlayır.



Xəbərin oxunma sayı : 865




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap