Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Əli Kərimlinin məhkəməsi baş tutmadı –AXCP sədri və partiya fəalları hakim qarşısına sabah çıxarılacaq

Tarix 18.11.18, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 17-də pols tərəfindən saxlanılan AXCP sədri Əli Kərimlinin və partiya fəallarının məhkəməsi sabah keçiriləcək.

Bu barədə sosial şəbəkədə partiya üzvləri məlumat yayıb.

Qeyd edək ki, bu gün müxalifət fəalları Səbail rayon Məhkəməsinin qarşısına toplaşaraq prosesin keçirilməsini gözləyiblər. Amma açıqlanmayan səbəbdən Əli Kərimli və tərəfdarları hakim qarşısına çıxarılmayıb.

Xatırladaq ki, hadisə ilə bağlı Bakı Şəhər Baş polis İdarəsinin yaydığı məlumatda müxalifət fəalları icazəsiz aksiya keçirməyə cəhddə və asayişi pozmaqda ittiham olunur. Məlumatda deyilir:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

 



Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap