Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əli Xamneyi Əli Sistaniyə niyə salam göndərmədi? - Qərb mediası

Tarix 14.03.21, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


Vəhhabilər Səddam Hüseyni əvəz edir

2019-cü il. Martın 13-də ayətullah əl-üzma Seyid Əli Sistani həzrətləri İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi İraqın Nəcəf şəhərində qəbul etdi. Qərb mediası bu görüşə xüsusi maraq göstərirdi. Əlbəttə, bu, təsadüfi deyildi. Belə ki, mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri Əli Sistani ilə İranın ali dini rəhbəri ayətullah Əli Xamneyi arasındakı münasibətlər soyuqluğu ilə diqqət çəkmişdi. Elə bu səbəbdən də görüşə aşırı maraq vardı. Ekspertlər arasında qızğın mübahisələrə səbəb olan həmin görüş haqqında o vaxt “Azadlıq” radiosu yazmışdı ki, İran prezidentinin Əli Xameneyinin salamını Əli Sistaniyə çatdıracağı gözlənilirdi. Ancaq bu gözləni özünü doğrultmadı. Aydındır ki, Əli Sistani də Əli Xamneyiyə salam göndərmədi.

Qərb mediası vurğulayır ki, şiələr arasında qabarıq nüfuzu ilə seçilən bu iki böyük dini rəhbər arasında münasibətlərin bu qədər soyuq olması onların şəxsi münasibətlərindən qaynaqlanmır. Ortada daha dərin səbəblər var.

O da aydındır ki, bu iki şəxsiyyət arasındakı münasibətlərin bir salama belə dəyməməsi şiə inancında olan müsəlmanlar arasında narahatlıq yaradır.

Bəhs etdiyimiz soyuqluğun konkret səbəbi nədir? Cavaba keçməzdən öncə onu qeyd edək ki, biz bu məsələyə daha çox Qərbin baxışını təqdim edirik. Onların baxış prizmasına istinad edirik. Yəni, Qərbin nəzərində bu münasibətlər necədir və necə qiymətləndirilir? İran və İraqda isə bu məsələyə münasibət tam fərqlidir. Əsasən hər iki tərəf bu problemin üstündən sükutla keçməyə çalışır.

Açıklama yok.


Qərb mənbələrinə görə, problemin kökündə dayanan əsas məsələ şiəliyin fərqli təfsiri ilə bağlıdır. Qeyd olunur ki, şiələr üçün Məkkə və Mədinədən sonra ən müqəddəs məkan Nəcəf şəhəri hesab olunur. Ərəbcə “təpə” anlamını verən və hazırda 1 milyon insanın yaşadığı Nəcəf şəhərinin şiələr üçün bu qədər önəmli olması da tarixə bağlıdır. Belə ki, şiələrin ilk imamı həzrət Əlinin qəbri bu şəhərdə yerləşir. Həzrət Əlinin adını daşıyan məscid də bu şəhərdə ucaldılıb.

Nəcəf dini məktəbinin yaşı min ili çoxdan arxada qoyub. Qum məktəbinin yaşı isə heç yüz il də deyil. Ancaq o da faktdır ki, İran İslam İnqilabından sonra Qum şəhərinin şiələr arasında nüfuzu ciddi şəkildə yüksəldi. Ayətullah əl-üzma Ruhullah Xomeyninin 1979-cü ildə İran şahı Məhəmməd Rza Pəhləvini devirməsi və siyasi dəyişikliyə təkan verdiyi şiəliyə söykənən dövlət idarəçiliyi sisteminin bərqərar olması Qum şəhərini cazibə mərkəzinə çevirdi. Nəticədə şiəliyin tarixində ilk dəfə dini liderin rəhbərlik etdiyi dövlət modeli ortaya çıxdı.

Əslən azərbaycanlı olan ayətullah əl-üzma Seyid Əbülqasim Xoyi (1899-1992) Əli Sistaninin müəllimi olub. O da Əli Sistani kimi dini təhsilini Nəcəfdə almaq üçün İrandan İraqa gəlib və orada yaşayıb. Maraqlıdır ki, Əbdülqasım Xoyi (Xoy şəhərində doğulub) Məhəmməd Rza Pəhləvini açıq şəkildə tənqid edirdi. Ancaq o, islam inqilabına və Ruhullah Xomeyniyə birmənalı şəkildə dəstək vermədi. Hətta o, qələbə ilə başa çatan inqilaba görə Ruhullah Xomeyniyə təbrik məktubu yazmağı belə lazım bilmədi. O, hesab edirdi ki, din xadimləri siyasətdən kənarda qalmalıdır. O, həmçinin İran-İraq müharibəsində (1980-1988) hər hansı dövlətin tərəfin tutmadı. 1990-1991-ci illərdə İraq diktatoru Səddam Hüseyn Küveyti işğal etmək üçün müharibəyə başladı. Qərb ölkələri diktatoru Küveytdən qovdu. Uzun müddətli müharibələrdən əziyyət çəkən İraq səfalətlə üzləşdi. Belə bir vaxtda İraqda yaşayan şiələr islam inqilabına cəhd göstərdi. Uğursuz olan bu cəhddən sonra Əbdülqasın Xoyi ev dustağına məhkum edildi. Az sonra isə o, dünyasını dəyişdi. Səddam Hüseyn ayətullahın dəfn mərasiminin izdihamlı keçməsinə imkan vermədi. Ancaq onun vəfatı ilə əlaqəli İraq və İranda 3 günlük matəm elan olundu.

Qərb mətbuatı yazır ki, Seyid Əbülqasim Xoyi ömrü boyu siyasətdən kənarda qalmağa çalışsa da siyasətçilərə yalnız onların istəyi ilə dövlət idarəçiliyi ilə bağlı məsləhətlər verərdi.

Eyni zamanda, o, şiəliyin siyasiləşməsindən çəkinərdi. Bu ideoloji yanaşma Seyid Əbülqasim Xoyi ilə Ruhullah Xomeyni arasında fərqlilik yaradırdı. İndi onların davamçıları da eyni yolu gedirlər. Yəni, Nəcəf dini mərkəzi daha çox şiəliyin siyasətdən kənarda qalmasında təkid edir, Qum dini mərkəzi isə əksinə, şiəliyin siyasi proseslərdən dominant xarakter almasına can atır. Ancaq bu, həmişə belə olmayıb. İraqda da şiəliyin siyasiləşməsinin nüfuzlu tərəfdarları olub. Bu sırada ilk yeri şübhəsiz ki, ayətullah əl-üzma Məhəmməd Baqir əs-Sədr tutur. O, Səddam Hüseynə müxalif idi. İraqda da İslam İnqilabının baş tutmasını arzu edirdi. O, İran-İraq müharibəsi zamanı İranın dini lideri ayətullah Xomeynini dəstəkləyirdi. Elə bu səbəbdən də o, 1980-cı ildə Səddam Hüseyn tərəfindən terror yolu ilə aradan götürüldü.
İki dəfə Nobel sülh mükafatına namizədliyi irəli sürülən Əli Sistani həzrətlərinin bütün səylərinə baxmayaraq islam dini getdikcə daha çox siyasi faktora çevrilməkdədir. Hazırda bu proses intensivləşib.

2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya İranın əsas düşməni İraq lideri sünni-ərəb Səddam Hüseyni iqtidardan kənarlaşdırdı. Bu, İranın regionda nüfuzunun birə beş artmasına gətirib çıxardı. Əhalisinin 65 faizi şiə olan İraq az sonra İranın təsiri altına düşdü.

2011-ci ildə regionda etiraz dalğası baş qaldırdı. “Ərəb Baharı”ndan istifadə etməyə çalışan İran təşəbbüsü ələ aldı. İraqın boş qalmış yerini tutmağa çalışan Səudiyyə Ərəbistanı getdikcə daha çox İranın bölgədə nüfuzuna qarşı boy göstərdi. Qərb ölkələri də bölgədə sünni-şiə ayrımçılığından doğan bu rəqabətdə Səudiyyə Ərəbistanına dəstək verməyə başladı. Tehranla ər-Riyad arasındakı nüfuz müharibəsi Suriya, Bəhreyn və Yəmənə ciddi sarsıntılar yaşatdı. Səudiyyə Ərəbistanının faktiki rəhbərinə çevrilmiş gənc şahzadə Məhəmməd ibn Salman xaricdə və daxildə şiələrə qarşı kəskin mövqe sərgilədi. Səudiyyə Ərəbistanı İran tərəfindən dəstəklənən şiə təşkilatı “Hizbullah”ın nəzarətində olan Livanı zəiflətmək üçün ölkənin baş naziri Saad Haririni istefa verməyə təhrik etdi.

Bir önəmli məqamı da vurğulayaq. 2015-ci ildə İranın nüvə proqramının məhdudlaşması ilə bağlı əldə olunmuş beynəlxalq razılığa İsraildən daha çox Səudiyyə Ərəbistanı etiraz edirdi.

Faktiki olaraq hazırda Yaxın Şərq iki yerə bölünüb. Suriya, İraq, Yəmən, əhəmiyyətli şəkildə Livan İranın təsir dairəsindədir. BƏƏ, Küveyt, Bəhreyn, Misir, İordaniya isə Səudiyyə Ərəbistanının yanında yer alır. Bir şeyi də xatırlatmaqda fayda var: Suriyada əhalinin 80 faizi sünnilərdən ibarətdir, iqtidarda olanlar isə ələvilədir. Bəhreyndə isə əhalinin böyük əksəriyyəti şiələrdir, ancaq iqtidar sünnilərin əlindədir.
Düzdür, İran və Səudiyyə Ərəbistanı bir-biri ilə açıq şəkildə müharibə etmirlər. Ancaq hər iki ölkənin dəstəklədiyi silahlı qruplar savaş içindədir.

Onu da deyək ki, əvvəllər gizli olan İsrail-Səudiyyə Ərəbistanı münasibətləri son illərdə açıq şəkildə müttəfiqlik müstəvisinə keçib. Şübhəsiz ki, bu, İsrailə İrana qarşı daha radikal mövqedən çıxış etməyə əlavə imkanlar yaradır.

İranda az sayda olsa da sünnilər yaşayır. Səudiyyə Ərəbistanında şiələr (10-25 faiz arası olduğu ehtimal olunur. E.H) az deyil. Hər iki ölkə bir birinə qarşı bu amildən (etnik və dini azlıqlardan) istifadə etməyə çalışır. Nəticədə İranın sünnilər yaşayan ərazilərində tez-tez terror hadisələri törədilir, İran isə Səudiyyə Ərəbistanında olan şiələri taxtda olan Səud tayfasına qarşı qaldırmağa çalışır. Səudiyyə Ərəbistanının nüfuzlu şiə lideri şeyx Baqir Nimr İranın ali dini lideri ayətullah Əli Xameneyiyə yaxınlığı ilə seçilirdi. O, Səudiyyə Ərəbistanında hakim tayfanı iqtidardan qovmağa çalışırdı. Elə buna görə də o, edam olundu. Baqir Nimrin lideri olduğu “Müdərrisiyyə” təşkilatındakı Əhli-beyt (ə) aşiqlərinə hazırda Məhəmməd Həsən əl-Həbib rəhbərlik edir. Maraqlıdır ki, Səudiyyə Ərəbistanında Əli Sistaniyə bağlı şiələr də var. Onlar Həsən əs-Səffarın liderliyi altında fəaliyyət göstərirlər.

Daha bir önəmli məqam: 2008-ci ildə sələfi və vəhhabi dini mərkəzləri İnternet üzərindən şiələrə məxsus yüzlərlə veb-sayta qarşı iri miqyaslı haker hücumu təşkil etdi. Azərbaycanda da xeyli tərəfdarı olan Əli Sistaniyə məxsus informasiya mərkəzi də sıradan çıxarıldı. Yerinə isə dünyanın ən intellektual 30 insanı arasında yer alan Əli Sistanini ələ salan kadrlar yerləşdirildi. Şiələr arasında ciddi təpki ilə qarşılanan bu olay beynəlxalq rezonans doğurdu və sünni veb-saytlara qarşı oxşar haker hücumlarına səbəb oldu.

Din siyasətə müdaxilə etməlidirmi? Xristian dünyası bu suala birmənalı şəkildə “yox” cavabı verib. İslam dünyası isə başqa fikirdədir...

Elbəyi Həsənli





Xəbərin oxunma sayı : 841




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap