Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Liderin vəzifəsi xalqla bir yerdə olmaqdır“ - İlham Əliyev

Tarix 26.11.19, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


“Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır”.

APA -nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, məhz Heydər Əliyevin qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi: “O vaxt Sovet İttifaqının saxlanılmasına dair referendum keçirilmişdi və Azərbaycan üzrə referendumun nəticələri saxtalaşdırılmışdı, guya Sovet İttifaqının saxlanılmasına səs verilmişdi. Halbuki bu, belə deyildi. Naxçıvanda isə referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Yeni Azərbaycan Partiyası təsis edildi, bununla da Azərbaycanda siyasi sistemi formalaşdı. Çünki Yeni Azərbaycan Partiyası yaranana qədər Azərbaycanda siyasi sistem yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular, bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədər bütün rəhbərləri fərarilik edib, xalqı və ölkəni ağır vəziyyətdə tərk edib, qaçmışdılar. İkisi Moskvaya, biri Kələkiyə qaçmışdı. Bu, fərarilik, satqınlıqdır, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır. Heydər Əliyev hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər bunları bilməlidir. Mən dəfələrlə bunu demişəm, biz - bu tarixi yaşayan insanlar heç vaxt bunu unutmayacağıq, bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclərə elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə çiçəklənən, firavan dövlət olub. Elə deyil. O günləri biz yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə çörək növbəsində saatlarla on minlərlə insan dayanırdı. Əli silahlı quldurlar şəhərlərimizdə meydan oxuyurdular. İnsanları incidir, oğurlayır, işgəncə verir, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti, özünü demokrat adlandıran ünsürlər Azərbaycanda senzura tətbiq etmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Bu tarixi gənclər bilməli və müəllimlər tarixi tələbələrə çatdırmalıdırlar. Tələbələr həm həqiqəti bilsinlər, həm də bundan sonra heç vaxt Azərbaycan gələcəkdə ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt başqasının iradəsindən asılı olmasın, başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə Prezidentin qapısını xarici səfirlər ayaqlarla açırdılar, göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi”.




Xəbərin oxunma sayı : 724




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap