Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Liftlərin qiyməti açıqlanmalı, korrupsiyaya yol verilməməlidir” – Eldar Əzizov

Tarix 24.04.19, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini “təmiz əllərlə” görməlidir.

İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.

Eldar Əzizov paytaxtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə məlumat verərək paytaxtdakı məhəllələrin təmir-abadaşdırılması işlərində çox fəal olduqları və böyük işlər gördükləri üçün Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbəri olduğu İDEA təşkilatına öz minnətdarlığını bildirib.

İcra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat verib.



Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap