Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əlilliyi olan şəxsdən rüşvət istənildi-Əlillik dərəcəsinin təyinatında korrupsiya

Tarix 14.07.19, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Sosialxəbər.az saytınaa daxil olan müraciətdə Cəllabad rayonu,Babək küçəsi ev 16-da yaşayan Nuriyev Faba Ovezoviç yazıb bildirir ki,Cəllabad rayon səhiyyə idarəsi onun əlilliyini düzgün qiymətləndirmir və buna görə ondan rüşvət tələb edir. 

Müraciəti olduğu kimi təqdim edirik.

Ömürlük əlillik dərəcəsi təyin etmək üçün pul verməliyəm .Həm canım əlimdən gedib də pul verməliyəm .Bunlar anlamır ki, o əlillik dərəcəsi mənə pensiya alıb başımı dolandırmaq üçün lazımdı. Ömürlük əmək fəaliyyətindən məhrum olmuşam , həyat yoldaşımın köməyi olmasa,özümü idarə edə bilmirəm. Mənə baxdığı üçün həyat yoldaşım da əmək fəaliyyəti ilə məşqul ola bilmir Nəticədə övladım ac qalır Bu 9 yaşında əzab çəkən oğlum sabah 18 yaşına catanda gəlib qapımdan aparacaqlar ön xəttə… Biz nə etməliyik Sahil Babayevlə Oqtay Şirəliyev bizim şikayətə baxsın
6il əvvər avtomobil qəzası kecirmişəm. Nətiçədə aldığım xəsarətlərdən əmək fəaliyyətimi itirmişəm aylarla xəstəxanalarda müalicə almışam, ancaq nəticəsi olmayıb. Aidiyyəti qurumlara muraciətlərimdən sonra mənə 3-cü qurup əlillik dərəcəsi təyin olunub.

2016-cı ildə səhhətimdə ağırlaşma olduğuna görə əlillik dərəcəsi dəyişdirilərək mənə ömürlük 2-ci qurup əlillik dərəcəsi təyin olunub sonradan səhhətimdə ağırlaşma olduğunan 1-ci qurup təyin olunması üçün muraciət etdim ancaq nəticədə 2-ci qurup əlilliyimi ləğv edərək yenidən 3-cü qurup əlillik təyin ediblər, mən bu barədə Prezidentə və Birinci Vitse-prezidentə muraciət etmişəm bunan qəzəblənən rayon Tibbi Sosial Ekspertiza Komissiyası məni “cəzalandırmaq”ücün mənim əlilliyyimi yerli-dibli ləğv etdi mən dəfələrlə deyirlər, vaxt itirməkdənsə həkimə şirinik ver, məsələ bitsin məndə sakit datanmayıb, davamlı şəkildə Prezidentə və Birinci vitse-Prezidentə məktublar yazmışam:

Nəticədə keçirdiyim qorxu və stresdən sol ayağımın pəncəsi yığıldı,ömürlük iflic oldum. Muraciətimdən sonra polis rəisi məni dəvət edib problemimlə marağlandı onun müdaxiləsindən sonra mənə 5illik 2-ci qurup əlillik dərəcəsi rüşvətsiz təyin olundu. Ancaq ömurlük ifilic olmuşdum deyə, mənə ikinci yox, birinci qurup ömürlük əlillik dərəcəsi təyin olunnalıydı. Sonra da başladım buna görə muraciət etməyə…
Həkimlər özləri də şifahi şəkildə deyirlər ki, sənin müalicən yoxdur, ancaq rəy yazmaq lazım olanda tamamilə başqa şeylər yazırlar.

Prezidentə Birinci Vitse -prezidentə Nazirlər Kabnetinə etdiyim muraciətlər baxılması üçün Əmək və Əhalin Sosiyal Nazirliyi və Səhiyyə Nazirliyinə göndəlirsədə amma bu günə kimi cavab almamışam TSEK-in da qəbulda olanda mənə deyiblər ki bu qədər şikayət edib vaxt itirməkdənə, get həkimi gör “şirinlik” ver, rəyi düzgün yazsın gətil gəl 1-ci dərəcəli ömürlük əlillik təyin edək. Bunlar əlildən də “şirinlik”uman varlıqlardır. Düşünmürlər ki, əlildə şirinlik verməyə pul olsa, uşağının qarnına çörək alar məktəbə göndərər, düşüb TSEK-in, xəstəxananın qapısında qalmaz.
Mənə imtina cavabı şifahi bildirilir rəsmi cavab verilmir ki, həmin rəsmi cavab əsasında məhkəməyə muraciət edim.
Hörmətlə Faba Nuriyev
Tel0507739282

Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.

















Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap