Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Livan uçurumun kənarındadır!” – Baş naziri itkin düşmüş ölkə barədə fransız şərhçinin proqnozları

Tarix 17.11.17, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Kristian Çesno

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

Bu cümlə Livandakı vəziyyətini ən yaxşı göstəricisidir.

Bir neçə il əvvəl Beyrutdakı Fransa səfirliyi Parisdəki Xarici İşlər Nazirliyinə diplomatik mesaj göndərmişdi: "Livan uçurumun kənarındadır!"

Bu cümlə bu gün – Livanın bir daha fırtına ilə üz-üzə qaldığı bir zamanda yenidən aktualdır. 1990-cı illərin vətəndaş müharibəsi sona çatdıqdan sonra belə, Livan müntəzəm olaraq tüstüsü havaya qalxan səssiz vulkana bənzəyir. Şiddət heç gözlənilməyən anda ortaya çıxa bilər.

Ən son böyük püskürmə 2006-cı ilin iyul ayında “Hizbullah” və İsrail arasında müharibə ilə sürpriz bir şəkildə ortaya çıxdı. Sidr ölkəsi perspektivli turizm mövsümünə hazırlanarkən, yanğına büründü.

 

Dəli yığnağı

 

Bununla belə, Livan sağ qaldı və o gündən etibarən çox sayda fırtına gördü. Livanlıların əzmi və ixtiraçılığı onları sınaqlar qarşısında daha güclü etdi, lakin ödəmə qiyməti hər dəfə daha yüksək idi.

2011-ci ildə güclü qasırğa qonşu Suriyanı yıxmağa başladıqda, bir çoxları düşünürdü ki, Livan da öz vətəndaş müharibəsinə girişəcək və dağılacaq. Çünki Beyrutda belə bir məsəl var: "Suriyaya soyuq dəydikdə, Livan asqırır"

Bu yaraşıqlı dövlətin zəiflikləri yaxşı bilinən faktlardır, amma ozamankı proqnoz özünü doğrultmadı. Xoşbəxtlikdən! Livan öz ərazisinə sığınan yüz minlərlə suriyalı qaçqının şokuna dözdü.

Biz bir neçə ildə bir milyondan çox insanın axını haqqında danışırıq. Ölkədə adam əlindən iynə atmağa yer yoxdur, belə şəraitə kim dözər bilər? Bununla belə, Livan saralıb-solmadı. “Özünü uzaqlaşdırma" siyasəti ölkəyə ölümdən qaçma imkanı verdi.

Beyrutda sıradan bir hadisə olmayan müqəddəs ittifaq forması xüsusilə şərq sərhədindən sızan “cihadçı” təhlükəsi qarşısında tədricən baş tutdu. Bütün Livan tərəfləri arasında razılaşdırılan təhlükəsizlik müqaviləsi bir çox terror hücumlarının qarşısını kəsdi.

 

Təhlükəli niyyətlər

 

Baş nazir Səəd Həririnin sürpriz istefasından sonra bu gün livanlılar yeni fırtına qorxusu ilə yaşayırlar. Səudiyyə Ərəbistanı “Hizbullah”ın artan təsirinə eyham vurur. Bu böhran yüksələ bilərmi? Gərginliyin dinamikasına yalnız ehtiyatla yanaşmaq olar.

Ancaq aydındır ki, ekstremistlər kömürə od vurmaq niyyətində olsa da, livanlılar – hansı icmaya mənsub olmalarına baxmayaraq,  – zorakılıq sobasını canlandırmaq istəmir. Ən əhəmiyyətlisi, beynəlxalq birlik istəmir ki, ölkənin sabitliyi pozulsun.

Livandakı siyasi və təhlükəsizlik aktyorları vətəndaş müharibəsi sona çatandan bu yana silahlarını saxlayan şiə partiyasına hərbi cəhətdən etiraz etmənin çətin olduğu qənaətindədirlər. Gerçəklik bax bu cürdür.

Hərbi variant bir dəfə ümumi bəla yaşamış Livan xalqı üçün fəlakət olardı. Bu dəfə onlar daha dərin uçuruma sürüklənəcəklər.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 262




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap