İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı Aygünün qızından yeni fotolar Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“ Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”
Axtar
 
  • / Maqazin / — 11 Dekabr 2018

    İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

  • / Maqazin / — 29 Noyabr 2018

    Aygünün qızından yeni fotolar

  • / Maqazin / — 28 Noyabr 2018

    Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“

  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

“Liverpul“un ulduzu hönkür-hönkür ağladı - Fotolar

Tarix 18.11.18, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


"Liverpul"un seneqallı ulduzu Sadio Mane ölkəsinin Afrika Millətlər Kubokunda Ekator Qvineyasını 1:0 hesabı ilə məğlub etdiyi matçdan sonra göz yaşlarını saxlaya bilməyib.

Fanat.Az xəbər verir ki, hesabda öndə olduqları vaxt yüzfaizli bir qol vəziyyətindən yararlana bilməyən 26 yaşlı futbolçu həmin andan etibarən stadiondakı azarkeşlərin kəskin tənqidi ilə qarşılaşıb. 

Oyunun sonuna qədərə fitə basılan və "yuh" sözləri eşidən Mane final fitindən sonra yerə yıxılıb ağlamağa başlayıb. Komanda yoldaşlarının təsəllisi fonunda üzünü formasının altına gizlədən futbolçu bu şəkildə meydançanı tərk edib. Yerli mətbuatın yaydığı məlumata görə, Manenin gözyaşlarına səbəb "Liverpul"dakı komanda yoldaşı Məhəmməd Salahdan "Afrika Millətləri Qızıl Top Mükafatı" uğrunda mübarizədə geridə qalması olub. 

Futbolçunun qardaşı isə oyundan sonra "Instagram" hesabından açıqlama verərək, həm bu iddiaları artırıb, həm də azarkeşlərə müraciət edib: "Sizin etdiyiniz, yəni bir ölkənin öz ulduzunu bəyənməməsi nadir görülən haldı. Bütün Misir xalqı, yığmada pis də oynasa Salahı dəstəkləyir. Seneqallılar əsla Xalidu Kolibali və ya "Qızıl Top" üçün yarışan Sadio Maneni dəstəkləmədikcə, minlərlə misirli Salahın arxasında olacaq. Mane sizin üçün savaşmağa, özünü oyuna kökləməyə, Seneqal üçün maksimumunu verməyə və bayrağını sevib saymağa davam edəcək. Bir gün bunu anlayacaqsınız, amma çox gec ola bilər".














Xəbərin oxunma sayı : 205

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda