Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Liviyadakı enerji layihələrimizi Azərbaycanla birlikdə həyata keçirə bilərik” - Türkiyə Prezidenti

Tarix 18.06.21, 9:08

Font ölçüsü : - / +
bitmap-img6


“Hal hazırda TANAP və TAP layihələrinin həyata keçirilməsində Azərbaycanla əməkdaşlığımız mövcuddur”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərə verdiyi açıqlamada söyləyib.

R.T.Ərdoğan bildirib ki, iki ölkənin enerji layihələrində iştirakı daha da geniş müstəviyə qədəm qoya bilər.

“TAP və TANAP-da birlikdə olduğumuz kimi əziz dostum İlham Əliyevlə Liviyada da belə bir addım ata bilərik. Onlar enerji layihələrinin icra edilməsində bilik və təcrübəyə malikdirlər. Mən ona (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur – red) bu təklifi etdim. Onlar bu fəaliyyətdən məmnun ola biləcəklərini və belə bir addımı ata biləcəklərini söylədilər”, - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycan və Türkiyə zəngin bilik və təcrübəyə malikdirlər, odur ki, hətta «qazma sahəsində» də birgə addımlar ata bilərlər.

«Mən, bunu Əliyevə təklif etmişəm və o, bu təklifdən məmnun olduğunu və bu istiqamətdə işləməyə hazır olduğunu bildirib. Ümid edirəm ki, belə birgə addımlar atmaqla, biz həm öz ölkələrimizdə və həm də ondan kənarda fəaliyyətimizi genişləndirə bilərik» - deyə,  Türkiyə prezidenti qeyd edib.



Xəbərin oxunma sayı : 724




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap