![]() |
|














Ölkə gözəli ilə evləndi, toyunda prezident şahid oldu: “Anamın haqqını ödəyə bilmərəm”
Tarix 19.11.20, 23:56 |
|

“Quran ayələrini oxumaq mənə güc verir. Bunu etməyəndə pis hissə qapılıram”. Bu sözlərin müəllifi bir vaxtlar “Real”ın aparıcı oyunçularından sayılırdı. Dünya ulduzu Kriştianu Ronaldo da onun bacarığını çox bəyənirdi. 3 il “kral klubu”nun formasını geyindikdən sonra 2013-cü ildə “Arsenal”a böyük ümidlərlə transfer edilmişdi. Uzun müddət “topçular”ın əsas heyət üzvlərindən biri olsa da, son vaxtlar işləri qaydasında getmir. Baş məşqçi Mikel Arteta adını Premyer Liqa və Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. Buna görə də yaşıl meydanlarda gözə dəymir.
Lent.az -in "Sirli ulduzlar" layihəsində bu dəfə söhbət dünya çempionu Məsut Özildən gedir...
“Türk mədəniyyəti ilə böyümüşəm”
Məsut 1988-ci il oktyabrın 15-də Almaniyanın Gelzenkirhen şəhərində türk ailəsində anadan olub. Atası Mustafa və anası Gülizar əslən Zonquldağ bölgəsindəndir. “Ailədə 4 uşağıq. Evdə türk mədəniyyəti ilə böyümüşük. Məktəbdə və futbol akademiyasında isə alman kültürü ilə yetişmişəm. Alman kimi düşünüb çalışan, türk kimi hiss edən adamam. Kasıb ailədən çıxmışam”, - özünü qısaca belə xarakterizə edir Özil.
“Çox yorulurdu, tez-tez belini tutub dayanırdı”
Həm atası Mustafa, həm də anası Gülizar övladlarının ehtiyaclarını qarşılamaq üçün əllərindən gələni ediblər: “Anam məktəbdə xadiməlik edir, gündə iki növbə üzrə işləyirdi. Birinci növbə saat 07:00-dan 16:00-dək, ikinci növbə isə 19:00-dan 22:00-dək idi. Bir dəfə də olsun, şikayət etdiyini eşitmədim canım anamın. Halbuki çox yorulurdu, tez-tez belini tutub dayanırdı. Bizim üçün özünü fəda edirdi. Tək məqsədi var idi: uşaqlarına yaxşı gələcək verə bilmək. Nə etsəm, onun haqqını ödəyə bilmərəm. Atam da əlindən gələni edirdi. Əvvəlcə dəri fabrikində çalışdı. Sonra kafe və bufet işlətdi. Ardınca bilyard salonu açdı. Ondan sonra da “Opel” şirkətində işləməyə başladı. İşsiz qaldığı zamanlar da oldu. Çox çətinlik çəkdik. Amma şükürlər olsun ki, bir-birimizə bağlı ailə idik, indinin özündə də eləyik”.
“Formasını geyinər, onun kimi oynamağa çalışardım”
Uşaqlıqdan futbola marağı olan Məsut topla yatıb, topla dururdu. Bu, valideynlərinin də diqqətini çəkmişdi: “Gelzenkirhen doğulduğum və böyüdüyüm yerdir. Ora çox bağlıyam. Futbola sevgim də Gelzenkirhendə yaranıb. Hər gün futbol oynayırdım. Belə demək mümkündürsə, futbol manyakı idim, ona aşiq olmuşdum. Atam bu sevgini görüb məni futbola yazdırdı. Məktəbdə dərslərim günorta saat 1-də bitirdi. Saat 5-də isə məşqim başlayırdı. Aradakı 4 saatlıq müddətdə də dostlarımda futbol oynayırdım. Yay aylarında hava gec qaraldığı üçün məşqdən sonra da məhəllədə top dalınca düşürdüm. Kumirim Zinəddin Zidan idi. Onun formasını geyinər, “Zizu” kimi oynamağa çalışardım. “Rot-Vayss”dakı məşqçim atama “Məsut çox yorğun görünür, dünən yenə dostları ilə birlikdə 10 saat futbol oynayıb” deyərdi. Açığı, futbola getdiyimdən, məhəllədəki dostlarımı çox üstələyirdim, aramızda böyük səviyyə fərqi var idi. Buna görə də yaşca məndən böyüklərə qarşı oynamaq daha çox xoşuma gəlirdi. 11 yaşımda 17-18 yaşlılara qarşı mücadilə edirdim. Mənim üçün çox çətin idi. Üstəlik, oynadığımız meydança daşlarla dolu olurdu. Amma bunlar inkişafımda böyük rol oynadı”.
“Seçilən uşaqların arasında yer ala bilmirdim”
Uşaq ikən Məsuta ən çox hansı sual verilib? Eşidək: “Özümü dərk edəndən bəri mənə bu sual verilirdi: türksən, yoxsa alman? Həmişə deyirdim ki, hər ikisiyəm. Belə olunca ortaya mənim kimi adam çıxır. 10-12 yaşındaykən aşağı yaş qrupları üzrə komandaların seçim turlarına qatılırdım. Top ayağımda ola-ola sürətlə irəliləyirdim, vurduğum zərbələr qapıçıların qulaqlarını cingildədirdi. Buna rəğmən, aşağı yaş qruplarına seçilən uşaqların arasında yer ala bilmirdim. Məndən güclü olmasalar da, həmişə Mattias, Markus və Mixael adında uşaqlar seçilirdi. Amma önəmli olan yüksəldiyin pillədir. Çətini bacarmaq daha gözəldir”.
“Haqsızlıqlar məni sındırmadı”
“Zizu” sevgisi Məsutu yarımmüdafiədə oynamağa məcbur edirdi: “Uşaqların çoxu qol vurmağı daha çox xoşlayır. Ancaq mən Zidanın fanatı olduğumdan, ötürmə verməyi sevirdim. Topu ələ keçirən kimi hücuma atılmaq haqda düşünürəm. Çünki yalnız bu halda qol vurmaq və ya məhsuldar ötürmə vermək şansı qazana bilərəm. Uşaqlıqdan üzləşdiyim haqsızlıqlar məni sındırmadı, sonadək mücadilə etdim. Akademiyada oynarkən futboldan pul qazanacağımı düşünmürdüm. Uğur qazanıb pul qazanınca ailəmə və ətrafıma dəstək olmağa başladım. Bu da mənim üçün yaşaya biləcəyim ən möhtəşəm duyğulardan biri idi”.
“Zəngin və ya kasıb olmaq önəmli deyildi”
Məsut Gelzenkirhenin çoxmillətli məhəlləsində böyüyüb. Başına gələnləri dünənki kimi xatırlayır: “Böyüdüyüm məhəllədə təkcə türklər deyil, bir çox yerdən - Livan, Orta Şərq və Afrikadan olan immiqrantlar yaşayırdı. Bəlkə də, ən gözəl məhəllə deyildi, buna baxmayaraq, çoxlu dostlarım var idi. Məhəlləmizdə əksər ailələr maddi baxımdan çətinlik çəkirdi. Futbol uşaqlar üçün problemlərdən qaçış idi. Meydana çıxanda hər birimiz ancaq topu düşünürdük. Zəngin və ya kasıb olmaq, alman və ya türk olmaq bizim üçün önəmli deyildi. Futbol hamımızı bir araya gətirirdi”.
“Mənə cərimə zərbəsi vurmağı öyrədirdi”
“Şalke” Özilin peşəkar karyerasının başlandığı yerdir. Məhz bu klubdakı çıxışı ilə özünü əvvəlcə Almaniyaya, sonra bütün dünyaya tanıtdırmağı bacarıb: “Şalke”də gözəl günlər keçirdim. Mənə dəstək olan və irəli getməyimi istəyən məşqçim var idi. Norbert Elqerd mənə çox inanırdı. Potensialımın olduğumu uşaqlıqdan dərk edirdim, çünki oyunumu seyr edənlər gələcəkdə peşəkar futbolçu olacağımı deyirdilər. Norbert mənə çox şey öyrətdi. O izah edirdi ki, heç vaxt təslim olmamalı və qazandığın uğurdan doymamalısan. Ümumiyyətlə, həmin dönəmdə “Şalke”dən güclü futbolçular çıxdı: Draksler, Noyer, Hövedes və s. Linkoln, Hamit və Halil Altıntop, Kuranyi kimi adlar heç vaxt köməklərini əsirgəmədilər. Linkolnun bir vaxtları var idi ki... Almaniyada hər kəs onu izləyirdi. Braziliyalının meydanda göstərdiyi performans möhtəşəm idi. Gənc oyunçu olmağıma rəğmən, meydandakı rahat hərəkətlərim və özgüvənimə heyran qalmışdı. O cür futbolçudan bu sözləri eşitmək qürurverici idi. Mənə cərimə zərbəsi vurmağı öyrədirdi”.
2008-ci ildə Məsut “Şalke”ni “Verder”ə dəyişir: “Bremen klubunda da gözəl günlər keçirdim. Oranın da öz ulduzu var idi: Dieqo Ribas. Bundesliqa ondan danışırdı. Düzdür, o qədər də böyük futbolçu deyildi, amma topu özündə saxlamağı və cərimə meydançası həndəvərində soyuqqanlı davranmağı yaxşı bacarırdı. Ondan da çox şey öyrəndim”.
“Əmim anamla, qardaşım isə atamla həmfikir idi”
2009-cu ildə Özil çətin seçim qarşısında qalır. Həm Türkiyə, həm də Almaniyanın əsas yığmasından dəvət alan Məsut qərar vermək üçün bir xeyli düşünməli olur və yekunda seçimini edir: “Bu, ayaqüstə verilən, asan qərar deyildi. Almaniyada doğulmağıma rəğmən, əvvəlcə təkcə türk pasportum var idi. O zamanlar ikili vətəndaşlıq yox idi. Ailəm özümün qərar verməyimi istədi. Amma hər birinin fikrini soruşdum, dinlədim. Sonunda Almaniya yığmasının formasını geyinməyə qərar verdim. Anam Türkiyə millisində oynamağımı istəyirdi. “Övladım, kökün türkdür” deyirdi. Əmim də anamla həmfikir idi. O, mənə Zonquldağdakı günlərdən bəhs edirdi, hər dəfə məmləkətə gedəndə keçirdiyi duyğuları dilə gətirirdi. Amma mən onun kimi hiss etmirdim. Axı 17 yaşınadək sadəcə 2 dəfə yay tətilində Zonquldağa getmişdim. Düzdür, xoşuma gəlmişdi, amma özümü evimdəki kimi hiss etməmişdim. Atam əmimə qarşı çıxdı. “Məsut Almaniyada anadan oldu, məktəbə getdi, futbol oynamağı alman komandalarında öyrəndi. Bu səbəbdən də Almaniya yığmasını seçməlidir” - dedi. Qardaşım Mutlu da atamın fikrini dəstəklədi. Amma onun izahı başqa idi: “Türkiyə millisinin indiyədək ən böyük uğuru DÇ-2002-nin bürünc medalıdır, Almaniya isə bir neçə dəfə dünya çempionu olub”. Bacım Nəşə isə “Mən Türkiyə yığmasının formalarını daha çox sevirəm” deyərək gülümsədi. Uzun müddət düşündüm və ailəmə qərarımı açıqladım. Ən böyük xəyalım yüksək səviyyəli futbolçu olmaq idi, bunun üçün isə Almaniya millisini seçməli olduğumu düşündüm”.
“Pasportu almadan getməyəcəyik”
Bundestimdə oynamaq arzusu Özilə asan başa gəlmir: “Konsulluğa daxil olduğumuz anda türk torpaqlarına ayaq basmış olduq. Səlahiyyətli şəxsə gəlişimizin səbəbini söylədiyimiz andan bizə qəzəblə yanaşmağa başladı. Bizdən çox sonra gəlmiş insanların işi xeyli əvvəl həll edildi. Atam “Bizə nə vaxt növbə çatacaq? Adımız çoxdan çıxmalıydı” deyərək etiraz etməyə, hay-küy salmağa başladı. Səlahiyyətli şəxs “Sabah gəlin, bu gün çatdıra bilmədim” deyə cavab verdi. Ertəsi gün yenə getdik. Xeyli gözlədik. Sonda atam dözməyərək kabinetin qapısını açaraq qışqırmağa başladı: “Pasportu almadan burdan getməyəcəyik”. Çətin də olsa, işimizi həll etdirə bildik.
Almaniya yığmasında keçirdiyim ilk oyundan öncə sosial şəbəkəmi bağlamaq məcburiyyətində qaldım. O qədər təhqirlər yazmışdılar ki... Halbuki Bundestimi seçmək qərarım Türkiyəyə qarşı qəbul etdiyim qərar deyildi. Almaniya yığmasında oynamaq Türkiyəni qəlbimdə daşımadığım, özümü Türkiyəyə və türk insanına qapadığım anlamına gəlmirdi. Amma dərdimi uzun müddət izah edə bilmədim”.
“Həyəcandan əllərim tərləmişdi...”
2010-cu il. Özilin karyerasında daha bir yeni səhifə açılır. Dünyanın ən güclü klublarından olan Madrid “Real”ı Məsutu heyətinə qatır: “Real”da oynamaq xəyalım idi. Çünki kumirim Zidan da bu klubun formasını geyinmişdi. Zidanla tanış olduğumuz anı heç vaxt unutmayacağam. Həmin vaxt Joze Mourinyonun köməkçisi idi. İlk dəfə paltardəyişmə otağında görüşdük, həyəcandan əllərim tərləmişdi. Həmin an “Zizu”nun formasını geyinib futbol oynadığım günləri xatırladım. Madriddə olduğum müddətdə Zidanı daha yaxından tanıdım. Ondan topu qəbul etmədən necə müdafiə olunduğunu soruşdum. Daha çox bu cəhətini bəyənirdim “Zizu”nun. Eyni mövqedə yer aldığımız üçün ondan çox şey öyrənmək istəyirdim. “Real”da hər şey fərqli idi. Bu klubun formasını geyinirsizsə, hər oyunu udmaq məcburiyyətindəsiz. Ən ağır olan isə “Barselona”ya uduzmaqdır. Ardıcıl 10 oyunda qələbə qazansanız belə, 11-ci görüşə yenə təzyiq altında çıxırsız. Orda təzyiqi kontrol etməyi və bundan zövq almağı öyrəndim”.
“Çox gözəl səsi var”
“Real”da möhtəşəm günlər keçirdiyini deyən Məsut “kral klubu”ndakı ən yaxın dostunun adını açıqlayıb: “Bu, Serxio Ramos idi, indinin özündə də tez-tez danışırıq, dostluğumuz davam edir. Mənə görə dünyanın ən güclü müdafiəçisidir. Bundan əlavə, həm də yaxşı adam, yaxşı dost və yaxşı müğənnidir. İstəyirsiz inanın, istəyirsiz inanmayın, çox gözəl səsi var”.
“Onun kimi insan görməmişəm”
Yuxarıda qeyd etdiyimiz kimi, dünya ulduzu Kriştianu Ronaldo “Real”da birgə oynadığı Özilin performansını çox bəyənirdi. Elə Məsut da portuqaliyalı haqda yüksək fikirdədir: “Kriştianu kimi insan görməmişəm. Həqiqətən də, çox çalışqandır. Məşqə ilk gələn, məşqdən ən sonuncu çıxan adamdır. Çox peşəkardır, hər zaman qazanmaq istəyir. Məşqlərdə belə məğlubiyyətlə barışmır. Onu diqqətlə izləyirdim - nə etdiyinə, necə oynadığına, topa nə cür zərbə vurduğuna baxırdım. Ronaldo ilə birgə oynamaq mənə zövq verirdi. Kriş məni daha yaxşı futbolçu etdi. Çox gözəl adamdır. Birgə oynadığımız vaxtlarda ona xeyli sayda assist verdim. Kriştianu ilə birgə oynamaq həm də asandır. Çünki daha artığını etməyə ehtiyac qalmır. Ona 2 ötürmə verirdim, ikisini də qola çevirirdi”.
“İlk dəfə dinləyəndə tüklərim biz-biz olmuşdu”
Özil Almaniyada başlayan futbol həyatına İspaniyadan sonra, İngiltərədə davam edir - 2013-cü ildə “Arsenal”a transfer olunmaqla: “Real”da keçirdiyim 3 ildən sonra yeni komandaya keçmək vaxtı çatmışdı. Londonun yolunu tutdum. Çünki “Real”a transfer olunanda Arsen Venger mənə zəng etmiş, “Arsenal”a gəlmək istəyib-istəmədiyimi soruşmuşdu. Ona “Əgər komandamı dəyişsəm, ilk seçimim sən olacaqsan” demişdim. Beləcə “Real”ı “Arsenal”a dəyişəsi oldum. Anri, Berqkamp və Pires kimi böyük futbolçuları izlədiyimi xatırlayıram. Mən də bu klubun bir parçası olmaq istədim. Londonda yaşamağı çox sevirəm. Möhtəşəm şəhərdir, çox fərqli mədəniyyətə malikdir. Azarkeşlər ilk vaxtlardan mənə mahnı bəstələmişdilər. Bunu ilk dəfə dinləyəndə tüklərim biz-biz olmuşdu”.
Millidən ayrılıq: “Daha buna dözmək fikrim yoxdur”
2018-ci il. Özil Almaniya yığmasındakı karyerasını bitirdiyini açıqlayır. Buna həmin il həmkarları - İlkay Gündoğan və Cenk Tosunla birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi səbəb olur. Belə ki, məhz həmin görüşdən sonra Almaniya Futbol Federasiyasının başçısı Qrindel Raynxard Özili tənqid edir. Özünə qarşı irqçi münasibətdən təngə gələn Özil isə yığmadan gedir. Həmin vaxt verdiyi açıqlamada qərarını belə izah edir: “Biz qalib gələndə Qrindel və onun müttəfiqlərinin gözündə almanam, ancaq məğlub olanda mühacirəm. Almaniya dövlətinə vergi ödəyirəm. Almaniya məktəblərinin hesabına pul köçürürəm, bu ölkə üçün oynayıram. Hətta bir dəfə dünya çempionu olmuşam. Bununla belə, Almaniya cəmiyyəti məni qəbul etmir. Məni “başqalarından” sayır. Dostlarım Lukas Podolski və Miroslav Klozeni isə polşalı alman saymırlar. Mən Almaniyada anadan olub, burada təhsil almışam. İnsanlar mənim alman olduğumu niyə qəbul etmirlər? Almaniya Futbol Federasiyasının yüksək vəzifəli məmurları türk köklərimə hörmət etmirlər və məni siyasi təbliğata xudbincəsinə çəkirlər. Daha buna dözmək fikrim yoxdur”.
Türkiyə gözəli ilə evlənir
Özil 2019-cu ildə “Türkiyə gözəli-2014” seçilən, aktrisa Əminə Gülşə ilə ailə həyatı qurur. Cütlüyün nikah şahidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan olur. Bu ilin mart ayında isə Məsut ilk dəfə atalıq sevincini yaşayır, cütlüyün qızı dünyaya gəlir. Körpəyə Eda adı verilir.
“Mənim üçün hələ heç nə bitməyib!”
Yazının girişində qeyd etdiyimiz kimi, Özil hazırda karyerasının heç də yaxşı günlərini yaşamır. Bununla belə, futbol həyatındakı durğunluğun bitəcəyinə və yenidən baxımlı oyunu ilə insanların zövqünü oxşayacağına inanır. Kiminləsə müqayisə edilməyi xoşlamayan Özilin pərəstişkarlarına mesajı belədir: “Mənim üçün hələ heç nə bitməyib!”








Xəbərin oxunma sayı : 394
İdman
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV