Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ölkə iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulub

Tarix 15.02.17, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son 13 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan artıq Olimpiya idman mərkəzi tikilib. Ümumən müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulub.

AzFakt.com xəbər verir ki, bunu AzərTAc-ın yaydığı geniş təhlili yazısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun yazdığına görə, təkcə 2003-cü ildən sonrakı dövrdə ölkə iqtisadiyyatı 3 dəfə artıb, təxminən 50 faiz həcmində olan yoxsulluq 5 faizə enib, həyata keçirilən dövlət proqramları əsasında respublikanın bütün bölgələri canlanıb, əhalinin güzəranı qat-qat yaxşılaşıb, 26 elektrik stansiyası, 4 su anbarı tikilib, 11 min kilometr avtomobil yolu çəkilib, ölkə ərazisinin 92 faizi qazlaşdırılıb, onlarla yeni müəssisə açılıb.

O, qeyd edib ki, Azərbaycan böyük nəqliyyat dəhlizlərinin qovuşduğu bir ölkə olaraq özünün geniş logistika imkanlarından səmərəli istifadə edir, yaratdığı nəqliyyat və kommunikasiya bazasından, infrastrukturundan bəhrələnir və yaxın gələcəkdə ölkə iqtisadiyyatına bunun çox müsbət təsiri hiss olunacaq.

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasında böyük rol oynayır, Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın vaxtlarda istifadəyə verilməsi ilə onun rolu daha da yüksələcək, Avropa ilə Asiyanı birləşdirəcək. Eyni zamanda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi, Almaniyanın Frankfurt şəhərindən Çinin Honq-Konq bölgəsinə qədər uzanan fiberoptik internet xəttinin çəkilməsi də tranzit ölkə kimi Azərbaycana böyük dividendlər gətirəcək”, - deyə PA rəsmisi vurğulayıb.



Xəbərin oxunma sayı : 610




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap