Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Lotu Quli”dən Lənkəranskinin yaxın qardaşına ismarıc: “Onu diri-diri yandıracam” (VIDEO)

Tarix 25.09.18, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Çeçen əsilli kriminal avtoritet, “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirova qarşı daha bir sui-qəsd planı baş tuta bilər.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı sensasion səs yazıları yayılıb.

İddia olunur ki, Qastəmirovun qətlində maraqlı olan şəxs onun bir nömrəli düşməni, “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovdur.

Səs yazılarından belə başa düşülür ki, Səlifov Qastəmirovu sağ ələ keçirib, onu diri-diri yandırmaq niyyətindədir. Görünür, “Lotu Quli”nin amansız arzusu Qastəmirova qarşı olan nifrətindən irəli gəlir.

Qeyd edək ki, indiyədək “Şeyx Xəmzət”ə qarşı 4 dəfə sui-qəsdə cəhd edilib. Ancaq ardıcıl olaraq Berlin, Amsterdam, Qroznı şəhərlərində təşkil olunan sui-qəsdlər uğursuz alınıb. Qastəmirova qarşı sonuncu sui-qəsd planı isə cari ilin avqustunda təşkil olunub. Lakin “Şeyx Xəmzət” Rusiyanın Pyatiqorsk şəhərində təşkil olunan sui-qəsddən də sağ qurtulmağı bacarıb.

Onu da xatırladaq ki, “Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. Lənkəranskinin vəfatından sonra bütün diqqətlər Qastəmirovun üzərinə yönəlib. Elə buna görə də mütəmadi olaraq “Şeyx Xəmzət”in aradan götürülməsi ilə bağlı planlar cızılır.





Xəbərin oxunma sayı : 985




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap