Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Lotu Quli”nin adamını öldürən iki azərbaycanlı... - İki ölkə araşdırır

Tarix 29.05.19, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Tbilisidə qətl törətməkdə təqsirləndirilən və Rusiyada həbs olunmuş Emin Əhmədov və Hüseyn İskəndərov Gürcüstana ekstradisiyalarını tələb edirlər.

Bu barədə onların vəkilləri Nika Sadradze və Maqamed İsmayılov keçirdikləri brifinqdə bildiriblər.

Vəkillərin sözlərinə görə, müdafiə etdikləri şəxslər 2017-ci ilin sentyabrında Tbilisinin Ortaçala rayonunda Elşən Məmmədovu qətlə yetirməkdə ittiham olunurlar.

N.Sadradze deyib ki, iş üzrə ittiham Gürcüstanın Cinayət Məcəlləsinə əsasən irəli sürülüb: "Elşən Məmmədov Rusiya vətəndaşı olduğundan cinayətin istintaqı Gürcüstanla yanaşı, Rusiyada da aparılır”.

Vəkil E.Əhmədov və H.İskəndərovun hazırda Sankt-Peterburqda təcridxanada saxlanıldıqlarını söyləyib: "Rusiya tərəfi müttəhimləri Gürcüstana ekstradisiya etmir. Cinayət işi üzrə istintaq Gürcüstanda başladığına görə, hər iki şəxs Gürcüstanda mühakimə olunmalıdır”.

Qeyd edək ki, Tbilisidə qətlə yetirilən E.Məmmədov "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifovun yaxın adamı olub.

E.Əhmədov və H.İskəndərov Rusiya vətəndaşlarıdır. Rusiya qanunvericiliyinə əsasən, cinayətin ağırlığına baxmayaraq, ölkə vətəndaşı xaricə ekstradisiya oluna bilməz/Report.


 



Xəbərin oxunma sayı : 247




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap