“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Lotu Quli“nin dəstəsinin üzvü saxlanıldı - FTX-dən əməliyyat

Tarix 18.11.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvünün saxlanması barədə məlumat yayıb.

APA-nın verdiyi xəbərə görə, Samara vilayətinin Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Səlifovun rəhbərlik etdiyi mütəşəkkil etnik cinayətkar qrupun üzvü saxlanılıb.

Saxlanılan şəxsin 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı olduğu və Gürcüstan tərəfindən qətl işinə görə beynəlxalq axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Nadir Səlifov barəsində Cinayət Məcəlləsinin 201.1-ci maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq) ilə cinayət işi başlayıb. İstintaqın məlumatına görə, Nadir Səlifov Rusiyadan kənarda yaşasa da, cinayətkar aləmdəki nüfuzundan istifadə edərək Moskva və Rusiyanın digər regionlarında cinayətkar fəaliyyətlə məşğul olub.

Rusiyadan kənarda gizləndiyi bildirilən Nadir Səlifov 2017-ci ildən beynəlxalq axtarışa verilib və onun barəsində məhkəmə qiyabi həbs qərarı çıxarıb.

Rusiya KİV-in məlumatına görə, Nadir Səlifov sonradan soyadını dəyişdirərək İsmayılov edib.



Xəbərin oxunma sayı : 457




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap