Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lotu Quli“nin dostunun məhkəməsi başlayır - “Qanuni oğru” nədə ittiham olunur?

Tarix 03.06.23, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


İki il əvvəl Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın dostu, Belarus əsilli kriminal avtoritet Aleksandr Kuşnerovun (Saşa Kuşner) məhkəməsi başlayıb.

Qaynarinfo xəbər verir ki, prokurorluq Minsk Şəhər Məhkəməsində baş tutan prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib. Saşa Kuşner özü də məhkəmə iclasında medianın iştirakını istəməyib. Bununla belə, prosesdə baş verənlər barədə bilgi almaq mümkün olub. 

Məlumata görə, məhkəmə iclası başlamazdan öncə kriminal avtoritetə həyat yoldaşı və övladları ilə görüşməsinə şərait yaradılıb.

Bundan sonra prosesə start verilib. Əvvəlcə Saşa Kuşnerin bu vaxta qədər neçə dəfə məhkum olunduğu aydınlaşdırılıb. Məlum olub ki, kriminal avtoritet 6 dəfə məhkumluq həyatı yaşayıb. O, ilk dəfə 1982-ci ildə həbs olunub. Həmin vaxt Saşa Kuşner 3 il azadlıqdan məhrum edilib. 1985-ci ildə yenidən həbs olunan kriminal avtoritet barəsində ölüm hökmü çıxarılıb. Sonradan Belarus Ali Məhkəməsi ölüm hökmünü 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. 

Bu dəfə isə Saşa Kuşner sifarişli qətl planlaşdırmaqda ittiham olunur. İttihama görə, o, yaxın dostu olmuş "Lotu Quli"nin qisasını almaq üçün iki nəfəri qətlə yetirməyi planlaşdırıb. Lakin həmin şəxslərin kimliyi açıqlanmayıb.

Ona həmçinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham irəli sürülüb. Saşa Kuşner bu ittihamların heç birini qəbul etmir. 

Aleksandr Kuşnerov kriminal dünyanın nüfuzlu qanuni oğrularından hesab edilir. O, eyni zamanda Belarusda məşhur olan "Morozovun dəstəsi”nin açar fiqurlarından biri kimi tanınır. Bu dəstə kriminal avtoritet Sergey Morozov ("Moroz”) tərəfindən yaradılıb. Dəstənin fəaliyyət dövrü 1980-2004-cü illəri əhatə edir.

Saşa Kuşner kriminal dünyada gedən mübarizələrdə həmişə "Lotu Quli"ni dəstəkləyib. 



Xəbərin oxunma sayı : 829




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap