Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı (VİDEO)

Tarix 18.02.19, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini yayıb.

AzFakt.com "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, söhbət bu il yanvarın 28-də Nijnevartovsk şəhərində kriminal avtoritet Taleh Orif oğlu Əliyevə qəsd edən 23 və 39 yaşlı azərbaycanlı killerlərdən gedir.

Qeyd olunur ki, Nijnevartovskun Marjal Jukov küçəsində 39 yaşlı şəhər sakini evinin qarşısında güllələnib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

İstintaqa görə, sui-qəsdin sifarişçisi "Lotu Quli” kimi tanınan "qanuni oğru” Nadir Səlifovdur. O, Nijnevartovsk bazarlarına nəzarət uğrunda T. Əliyevi güllələtdirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisədə şübhəli bilinən daha bir nəfər beynəlxalq axtarışa verilib.

"Mash” teleqram-kanalı sui-qəsdlə bağlı yeni məlumat əldə edib. Bildirilir ki, "Lotu Quli”nin Rusiyada müvəkkili Vasif Dünyamalıyev Xantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Orif oğlu Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.

"V. Dünyamalıyevə tabe olan, "Malış” ləqəbli Asif Əliyev yanvarın 23-də T. Əliyevlə görüşərək ona artıq biznesini "Lotu Quli”yə təhvil verməli olduğunu deyib. Taleh isə Vasifi qovaraq Nijnevartovska yaxın durmamağı bildirib. Bundan sonra "Malış” Talehin "işini görmək” üçün iki killerlə danışıb. Növbəti günlərdə T. Əliyevə qarşı sui-qəsd cəhdi olub”, - deyə məlumatda vurğulanır.








Xəbərin oxunma sayı : 217




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap