Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lotu Quli“nin yeznəsi ifadə verdi: “Dedilər ki, “Quli“nin yaxın adamları tutulur“

Tarix 10.04.17, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prisesi keçirilib.

Musavat.com xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

V.Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib: "Mən narkotik istifadəçisi olmamışam. Barəmdə yazılanlar yalandır. Məni polis bölməsinə aparanda nə hal şahidi olub, nə başqa bir şəxs... Məni polis bölməsində döyüblər. Məni tanıyanlar bilir ki, narkotiklə işim olmaz. Həmin gün məni polis bölməsinə dəvət etdilər. Bir müddət əvvəl evimdən oğurluq olmuşdu. Qızıl-zinət əşyalarımı oğurlamışdılar. Zəng edib dedilər ki, "qızıl sep tapılıb". Polisə gedəndə rəisin otağında oldum. Məlum oldu ki, həmin qızıl mənim deyil".

V.Hüseynov ifadəsinə əlavə edib ki, polisdən çıxan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb: "3 mülki geyimli yaxınlaşdı. Onlardan birini tanıyırdım. Dedilər, axtarış aparacağıq. Üstümdə olanları götürdülər. Maşına da baxdılar. Maşından iki ədəd mobil telefonumu və digər əşyalarımı götürdülər. Amma heç biri protokollaşmadı. Mənə dedilər ki, sənin üzərindən narkotik çıxıb. Başa düşdüm ki, məni yüklədilər. Dedilər ki, "Quli"nin bütün yaxınları həbs olunur, sən də yaxın qohumu kimi həbs olunmalısan. Hətta dedilər ki, şükür elə ki, sənin üstünə silah qoymuruq".

Dövlət ittihamçısının suallarını cavablandıran V.Hüseynov dindirilmə zamanı müdafiə hüquqları pozulub: "Məndən ifadə alınanda vəkilim olmayıb. Amma yazıblar ki, guya müdafiəçimin yanında ifadə vermişəm. İmkan versəydilər, indiki vəkilim Kamandar müəllimə orada zəng edərdim. Vəkili 25 ildir tanıyıram, nömrəsini də əzbər bilirəm. Onu zəng edib çağırardım. Mənə təyinatla vəkil lazım deyildi".

Növbəti məhkəmə prosesi aprelin 19-na təyin edilib.

İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da saxlanılıb.

V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu deyilən şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.



Xəbərin oxunma sayı : 169




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap