Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lotu Quli”nin yeznəsinin məhkəməsi başladı və... baş tutmadı

Tarix 24.02.17, 17:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Huseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə Vidadi Hüseynovun anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Vidadi Hüseynov ittiham aktınının surətini almadığını deyib.

Dövlət ittihamçısı Fərid Nağıyev etirazla çıxış edib. O bildirib ki, V.Hüseynovun həyat yoldaşı Leyla Səlifova Müşfiq və Nadir Səlifov qardaşlarının doğma bacısıdır:

"Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Vidadi Hüseynov Leyla Səlifova ilə 2 iyun 2000-ci ildə nikaha daxil olub. Həmin nikah da hazırda pozulmayıb. Hər iki qardaş Bakı Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin 7 oktyabr 2005-ci il tarixli hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər".

Dövlət ittihamçısı bildirib ki, Səlifov qardaşlarının müdafiəsini Kamandar Nəsibovla yanaşı, həmin vaxt Əfqan Hacıyev də həyata keçirib:

"Əvvəlki cinayət işi üzrə bur neçə məhkəmə instansiyasında Vidadi Hüseynovun qayınlarının müdafiəçiliyini həyata keçirmiş Əfqan Hacıyevə hazırkı iş üzrə Vidadi Hüseynov barəsində işə baxılmasında sədrlik həvalə edilib. Hakim Əfqan Hacıyevin hazırkı iş üzrə cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar mövcuddur. Həmin sübutlar onun tərəfindən cinayət işinə tam, hərtərəfli və obyektiv baxılmasını istisna edir".

Dövlət ittihamçısı qeyd edib ki, CPM-nin 109.1.8-ci maddəsinə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda etiraz əsaslı sayılaraq şərtsiz təmin edilməlidir. CPM-nin 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü özünə etiraz etməlidir:

"Vidadi Hüseynovun cinayət işi üzrə hakim Əfqan Hacıyevin cinayət prosesində içtirakını istisna edən hallar aşkar edildiyindən o, həmin işə baxılmasından kənarlaşdırılsın".

Hakim Əfqan Hacıyev bildirib ki, vaxtilə Müşfiq və Nadir Səlifov qatdaşlarının müdafiəçisi olub: "Bu işdə heç bir marağım yoxdur, ittiham tərəfi belə hesab edirsə, o zaman etiraz təmin edilsin".

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu, təmin edilməməsini istəyib. Hakimlər Fikrət Qəribov və Rasim Sadıxovun iştirakı ilə dövlət ittihamçısının etirazı müşavirdə müzakirə olunub.

Müşavirənin qərarına əsasən, hakim Əfqan Hacıyev işə sədrlikdən kənarlaşdırlıb. Bu cinayət işi üzrə məhkəmə prosesinə yeni sədr təyin olunana qədər proses təxirə salınıb.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 154




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap