Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Lotu Quli”yə qarşı plan quran Sərkisyan həbs olundu - VİDEO

Tarix 07.08.18, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün İspaniya Milli polisinin Marbelye şəhərindəki restoranlardan birində keçirdiyi əməliyyat zamanı həbs edilən “rus mafiyası” liderləri barədə yeni sensasion məlumatlar var. 

Virtualaz.org xəbər verir ki, həbs edilənlərin adları Rusiya mənbələri tərəfindən açıqlanıb. Üstəlik məlum  olub ki, onlar “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifovun adamını aradan götürmək üçün plan qururmuşlar.




Foto: "Aryom Sərkisyan"

Marbelyedə həbs edilənlər “Artyom Saratovski” ləqəbli erməni “vor zakon” Artyom Sərkisyan, habelə Laşa Barateli (“Çia”) və İrakli Pipiyadır (“İki Suxumski”). Onlar “Rövşən Lənkəranski”nin klanına daxil olan “Merab Suxumski” ləqəbli Merab Canqveladzenin adamlarıdır. “Rosbalt”ın əldə etdiyi məlumata görə tutulanlar rəqib qruplaşmanın, yəni “Lotu Quli”nin klanının İspaniyaya getməyə və orada bu ilin iyun ayında darmadağın edilmiş mütəşəkkil qruplaşmanı yenidən təşkil edərək Avropada güc nümayiş etdirməyə hazırlaşan üzvünü aradan götürmək üçün plan qurublar.



İyun ayında İspaniyada MDB ölkələrindən olaan 129 mütəşəkkil cinayətkar qruplaşma üzvü həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, 2010-cu ilə qədər “rus mafiyası”nın Avropa “obşakı”ına Laşa və Kaxaber Şuşanaşvili qardaşlarının klan üzvləri nəzarət edirdi. Həmin il klanının onlarla üzvü, o cümlədən Kaxa həbs edilib.

Kaxa 2016-cı ildə 10 il həbs cəzası alıb. Qardaşı isə Yunanıstanda həbs edilib, amma 2015-ci ildə azadlığa çıxıb. Bu ilin aprelində Laşanı Yunanıstanda yenidən həbs ediblər və Fransaya ekstradisiya olunub. Nəticədə Şuşanaşvili qardaşlarının klanı zəifləyib. Bundan sonra Avropa “obşakı”ına “Rövşən Lənkəranski”nin müttəfiqi kimi Canqveladze iddia etməyə başlayıb. Amma “Rövşən Lənkəranski”nin güllələnməsi Canqveladzeni də zəiflədib.



Üstəlik ötən ilin payızında Nadir Səlifov azadlığa çıxıb və Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində nüfuzunu gücləndirib. Habelə Avropa “obşakı”ına nəzarət uğrunda mübarizəyə başlayıb. “Lotu Quli”nin “fəth etməyə” hazırlaşdığı növbəti ölkə İspaniya olub. Canqveladzenin klanı isə buna müxtəlif yollarla mane olmağa çalışırdı. Lakin onun adamları İspaniyada həbs edilib.







Xəbərin oxunma sayı : 295




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap