Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlqar Məmmədov:“Mən bu məsələdə axıra qədər gedəcəyəm»

Tarix 04.09.18, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


«Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik».

Bu fikri sentyabrın 4-də mətbuat konfransı keçirən REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

O, mətbuat konfransının əvvəlində onu müdafiə edən vəkillərə təşəkkürünü bildirib. İ.Məmmədov deyib ki, onun qələbəsində bu vəkillərin böyük xidməti olub.

İ.Məmmədovdeyib ki, ona görə vəkil Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkil Fuad Ağayev də, onun deməsinə görə, təzyiqlərlə üzləşib: «Bunda məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək idi».

Ancaq Azərbaycan Vəkillər Kollegiyası siyasi mülahizələrlə bağlı vəkillərə təzyiq olunduğu barədə deyilənləri qəbul etmir. İ.Məmmədov vurğulayıb ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində bütünlükdə 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər.

«Həmin hakimlərə qarşı cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm», – deyə o vurğulayıb.

Ancaq Azərbaycan rəsmiləri insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu bu il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Məmmədovu 2 il sınaq müddəti olmaqla azadlığa buraxıb. (Amerikanın səsi)



Xəbərin oxunma sayı : 406




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap