| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Müharibə mayın 14-dək bitməlidir...“ - “Çin lideri Trampı qalib kimi qarşılamaq istəmir“
Tarix 26.03.26, 21:00 |
|
"ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni bitimək haqqında düşünür. Ancaq müharibənin bitirilməsi üçün tərəflər masa arxasında oturmalıdırlar. Bu isə indiki şərtlər altında mümkün deyil".
Bu barədə politoloq Elxan Şahinoğlu regionda möcud vəziyyəti şərh edərkən deyib. Ekspert xatırladır ki, ABŞ raket zərbələri ilə İranın uranı zənginləşdirmək imkanlarını məhdudlaşdırsa da, bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmayıb. "Bu əvvəldən də bəlliydi ki, yalnız hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmaq çətindir", - o qeyd edib.
E.Şahinoğlunun sözlərinə görə, Donald Tramp bu ayın sonunda Çinə səfərini İranla müharibəni başa çatdıra bilməcəyinə görə təxirə salıb: "Yeni xəbər isə bundan ibarətdir ki, ABŞ Prezidenti Çinə mayın 14-də səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, müharibə həmin tarixə qədər bitməlidir. Tramp Çinə həmin tarixdə müharibənin qalibi kimi getmək istəyir. Pekin bu müharibədə ABŞ-nin qələbəsini istəmir. Çin lideri Si Cinpin Donald Trampı Pekində qalib kimi qarşılamağın tərəfdarı deyil".Politoloq biıdirir ki, Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin qısa müddətdə bitməsini arzulayır. "Çinin və Hindistanın bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Təsadüfi deyil ki, Hindistanın baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın. Müharibə fonunda Çin və Hindistan Rusiyadan ucuz neft alışını artırıblar. Bu iki dövlət Rusiya neftini alarkən, dollara alternativ valyutalarla ödəmə həyata keçirməyə çalışır", - təhlilçi deyib.Ekspert hesab edir ki, Çin ABŞ-dən fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb: "Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb. Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir".
E.Şahinoğlu vurğulayıb ki, Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb. Onun sözlərinə görə, buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. "Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib".
E.Şahinoğlu bildirib ki, Pekin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir: "İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır. Enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir".
Politoloqun sözlərinə görə, eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir.
"Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi. Buna baxmayaraq, müharibə bitdikdən sonra İranın daha çox hərbi texnikaya ehtiyacı olacaq və Tehran yenidən Moskva və Pekinə üz tutmaq məcburiyyətində qalacaq", - o qeyd edib.
Xəbərin oxunma sayı : 1783
Analiz
Xəbərlər
-
Zaur Mikayılov şərhlərdən qorxur? - ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsi bağlanıb
-
“Qarabağ” fransalı vingerin transferini açıqladı - VİDEO
-
Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu - Fotolar
-
“Amazon“un tarif böhranı:Müştəridən alınan əlavə pul haradadır?
-
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkdi - Fotolar
-
“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTOLAR
-
Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix də açıqlandı
-
Azərbaycan “vahid Çin“ siyasətini dəstəkləyir - İlham Əliyev
-
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü - Fotolar + Video
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - Siyahı
-
Masaj salonunun sahibini belə aldatdı - Qara kostyum, qırmızı vəsiqə...
-
“Sona qədər döyüşmək istəyirsiniz?“ - Pezeşkian onları tənqid etdi
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Dünənki imtahana gecikənlərin nəzərinə! - Bu tarixdə təkrar keçiriləcək
-
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı - İkisi də “kars”a salınıb
-
Moskva Paşinyanla açıq gərginlikdən yayınmağa çalışacaq - Stratfor
-
Xarici valyuta ehtiyatları artan sığorta şirkətləri - SİYAHI
-
“Torpağın əsl sahibləri məhz belə davranırlar...“ - Prezident
-
Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - Tam siyahı
-
“Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb“ - Dövlət başçısı
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq? - DİM-dən açıqlama
-
AAK İsa Həbibbəylinin “çətirtutanı“na elmi dərəcə verdi - Detallar
-
İraqın qərbində ikinci gizli hərbi baza aşkar edilib - İsrailə məxsus
-
Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Prezident WUF13-ün açılış mərasimində - CANLI
-
“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri
-
Eyyubov, Daşdəmirov və general oğlu haqda yeni qərar - Məhkəmə
-
Yoxlama aparıldı, pozuntular aşkarlandı - Vüsal Nəsirli rəisi işdən çıxardı
-
Sabirabad rayonunda ağır qəza - 3 ölü, 8 yaralı
-
ABŞ kosmosa 7800 peyk yerləşdirəcək - “Qızıl Günbəz“ sistemi üçün
-
İş zamanı xəsarət aldı - Təyin olunan kompensasiya ödənilmədi
-
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
-
Azərbaycanda avtomobillərin təkrar ixracı niyə aktual deyil? - VİDEO
-
Pentaqon İrana mümkün zərbələr endirmək üçün planlar hazırlayıb - CNN
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
-
Mənzil bazarında yenidən bahalaşma - VİDEO
-
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
-
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
-
ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
-
İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTOLAR
-
Magistral yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
-
ABŞ da İrana 5 şərt irəli sürüb - Danışıqların davam etdirilməsi üçün
-
Bolqarıstan Prezidenti Azərbaycanda - FOTOLAR
-
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
-
Magistraturaya qəbul imtahanı keçirildi - 1 nəfərdə telefon aşkarlandı
-
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
-
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
-
Çin Tramp və Si danışıqlarından sonra faktiki qalib oldu - “Reuters“
-
Deputat və oğlu: Milyonluq tender ovçuları...
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - FOTOLAR
-
Sabirabadda zəncirvari qəza: 3 nəfər öldü, 7 nəfər yaralandı
-
Prezident Deryageldi Orazovu qəbul etdi - FOTO
-
Azərbaycana təkcə bu ölkə səs veribmiş - FOTO
-
Rusiya Ukraynaya zərbə endirdi - Xəsarət alanlar var
-
Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər
-
Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
Yelo Bankda kreditlərdən “şapka” alan Vüqar kimdir?
-
“Makron Avropa İttifaqına rəhbərlik edə bilər“ - Robert Fitso
-
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
-
Bolqarıstan “Avroviziya 2026”nın qalibioldu - VİDEO
-
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - FOTOLAR
-
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
-
Kredit kartlarına maraq niyə azalır? - ARAŞDIRMA
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi - İmtahan tarixi açıqlandı
-
“Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb - VİDEO
-
“WUF13Azerbaijan“: Bakı foruma hazırdır - VİDEO
-
Makqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
-
Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
-
Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
-
Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
-
Oğuz sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər - VİDEO
-
Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər - CNN
-
Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO
-
“Mənim xəbərim olmadan evim satılıb“ - ŞİKAYƏT/ VİDEO
-
Afiyəddin İsgəndərov direktor müavini təyin edildi - Yeni təyinat
-
“Rusiyaya qarşı “uzaqmənzilli sanksiyalar“ gücləndiriləcək“ - Zelenski
-
“Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Böyük Qayıdışın növbəti ünvanı: Ağdərənin Aşağı Oratağ kəndinə köç oldu
-
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
-
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - FOTOLAR
-
MİT əməliyyat keçirdi - Casusluq edən 7 nəfər həbs olundu
-
Starmer könüllü istefa verə bilər - “The Daily Telegraph”
-
Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi
-
İliyana Yotova Azərbaycana səfər edib - Liderlər Sammitində iştirak etmək üçün
-
Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır - İlham Əliyev
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
TOP 10
ARXİV






