Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Müsavatçılar saxta arayışlardan 300 min avro qazanıblar…”

Tarix 22.11.19, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu həftə Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb, bundan sonra isə 61 azərbaycanlı ölkədən deportasiya olunub.

Bu, son bir neçə ildir ki, azərbaycanlıların Almaniyada saxta sənədlərlə sığınacaq alması və siyasətçilərin bunda əsas vasitə olması barədə yayılan iddialardan sonra baş verir.
Saxlanılan şübhəlilərdən ikisi həbs olunub və onlardan biri Əlövsət Əliyevdir.

İttihamlara görə, onlar xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.


Azərbaycanlılar Almaniyaya niyə gedir və orada necə yaşayırlar? Bu barədə BBC Azərbaycanca Almaniyada yaşayan bəzi miqrantlarla danışıb.

Almaniyanın Essen şəhərində yaşayan Yafəz Həsənov deyir ki, son bir ildə bu ölkədə siyasi sığınacaq almaq üçün müraciət edən azərbaycanlıların demək olar ki, hamısına imtina cavabı verilib. Buna səbəb isə Almaniya hökumətinin azərbaycanlıların təqdim etdiyi sənəd və sübutlara inamının olmamasıdır.

“Almaniyada artıq partiya arayışlarından beziblər. Deyirlər ki, biz bu sənəddə deyilənlərə inanmırıq. Tanıdığım bir neçə nəfər var ki, həqiqətən Azərbaycanda siyasi təzyiqlə üzləşiblər, amma eyni cür sənədləri təqdim ediblər deyə cavab gəlib ki, biz arayışda yazılanlara inanmadıq və buna görə də müraciətinizə rədd cavabı verilir. Məhkəmə cavablarından birində yazılmışdı ki, bu sənədi Azərbaycanda partiya funksionerlərindən almaq çox asandır. Bir o qalıb yazsın ki, sənədi pulla almısan”.

Müsavat Partiyasının üzvü olduğunu deyən Yafəz Həsənov söyləyir ki, partiyanın adının saxta arayışlarda hallanması ilə bağlı partiya rəhbərliyinə müraciət etsə də, bir cavab ala bilməyib.

“Təəssüf ki, son olaylar da göstərdi ki, bu dedi-qodular həqiqətdir. Yayılan sənədlərdə deyilir ki, Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri və sədr müavini saxta yollarla Azərbaycandan Almaniyaya adam göndərib. Polis sənədində qeyd olunur ki, onlar 7 paket saxta sənəd göndərib və bundan 300 min avro pul qazanıblar. AKM 2016-cı ildə yaranandan sonra 6 ay ərzində 200 nəfərə arayış vermişdilər. Partiya rəhbərliyinə dedim ki, bu adamlar haqda hesabat verilsin. Mənə deyildi ki, bu siyahını aça bilmərik, o adamların həyatına təhlükə ola bilər”.



Müsavat Partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib ki, Almaniyada “miqrant qaçaqmalçılığı” ilə bağlı saxlananlar sırasında Müsavatın Avropa Koordinasiya Mərkəzinin rəhbər şəxslərinin də adları hallanır, amma bu məlumatlar “həqiqəti əks etdirmir”.

Arif Hacılı deyir ki, onlar da Müsavat partiyasının adının bu məsələdə hallanması ilə bağlı araşdırma aparırlar.

Yafəz Həsənovun sözlərinə görə, Almaniyada Suriya kimi müharibə ölkələrindən gələnlərdən sübutlar tələb olunmur və sığınacaqla təmin edilirlər, müharibə olmayan ölkələrdən gələnlər isə mütləq faktlarla sübut etməlidir ki, siyasi mövqesinə görə təqib olunduqlarına görə bu ölkəyə qaçıblar.

Cənab Həsənov deyir ki, Almaniya hökuməti beynəlxalq qanunlara görə, qaçqın haqda nə onun gəldiyi ölkəyə, nə də səfirliyinə rəsmi sorğu göndərə bilir, ancaq ölkəsinin Azərbaycandakı səfirliyinə məsələni araşdırma tapşırığı verə bilir.

“İnsanları aldadıb gətirirlər”

“Almaniyaya köçən azərbaycanlılara elə firəvan həyat vəd edirlər ki, onların çoxu Azərbaycandakı evini satıb gedir”, Yafəz Həsənov deyir.

“Adamlara deyirlər ki, bu sənədləri verən kimi sənə sığınacaq verəcəklər, o da hesablayır ki, gedəcəm, yaxşı həyat olacaq. İnsanları bu cür aldadıb Almaniyaya gətirirlər. Deyirlər sizə ev verəcəklər, pul verəcəklər, kefdir də. Əslində isə gələnləri müxtəlif ölkələrdən olan miqrantların yaşadığı yataqxanada yerləşdirirlər. Bu yataqxananın mətbəxi və hamamı ümumi olur, rahatlığı olmur, biri orada qışqırır, biri burada. Burada ölkədə daimi yaşamaq icazəsi verilməsini 5 il gözləyənlər də var. Hər gecə gözləyirlər ki, gəlib onları deport edəcəklər. Aralarında qorxudan infarkt keçirənlər də olur”.

Cənab Həsənov deyir ki, azərbaycanlıların hansı şəhərdə daha çox məskunlaşdığını demək mümkün deyil, çünki sığınacaq alan insanın qalacağı şəhəri özü yox, ölkənin miqrasiya idarəsi seçir. Əgər kiminsə mühacirlik statusu təsdiq olunarsa, ancaq iş tapdıqdan sonra onun üçün müəyyənləşən şəhərdən başqa regiona köçmək olar.

O bildirir ki, azərbaycanlılar Almaniyaya daha çox Macarıstan, Çexiya, Polşa kimi ölkələrdən, bəzi hallarda isə saxta pasport və vizalarla daxil olurlar.

Azərbaycana gedib-gəldiyi sübut olunarsa…

Yafəz Həsənov deyir ki, indiyədək kiminsə daimi yaşamaq icazəsinin ləğv olunmasının şahidi olmayıb, amma bu mümkündür.

“Əgər siyasi sığınacaq alan azərbaycanlının ölkəsinə gedib-gəldiyi və ya Azərbaycanın Almaniyadakı səfirliyinə girib-çıxdığı sübut olunarsa, eləcə də sığınacaq üçün müraciət zamanı saxta sənədlər təqdim etdiyi aşkar olunarsa, bu adamlar öz ölkələrinə deportasiya oluna bilərlər. Məndə olan məlumata görə 2005-ci ildən bugünədək olan 2 min iş yenidən baxılması üçün miqrasiya idarəsinə göndərilib. Məsələn, əgər məhkəmə sözügedən 7 paket sənədin saxta olması barədə qərar verəcəksə, o şəxslərin daimi yaşamaq icazəsi əllərindən alına bilər”.







Xəbərin oxunma sayı : 1255




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap