| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Müsavat Partiyası mədəni-kütləvi tədbirlər dərnəyinə çevrilib“ - Yadigar Sadıqlı
Tarix 01.08.19, 20:00 |
|
Müsavat Partiyasında rəhbərliyin xaricə gedən və partiya üzvü olmayan şəxslərə partiya üzvü olması barədə arayışlar verməsi ilə əlaqədar qalmaqal yaşanır. Partiyanın Məclis üzvü Könül Şamilqızı və partiya üzvü Yafəs Həsənovun bu barədə sosial şəbəkələrdəki səhifələrində geniş yazıblar və Divan üzvü, qarşıdakı qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı da daxil olmaqla, bir sıra partiya üzvləri də onların mövqeyini dəstəkləyib. İyulun 31-də Müsavat Partiyasının növbədənkənar Divanı partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulması, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib.
Y. Sadıqlı sosial şəbəkədəki səhifəsində Divanın qərarını Nizamnaməyə zidd saysa da, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, Divanın qərar partiyası cəzası kimi nəzərdə tutulmayıb və bunu Nizamnamə ilə əsaslandırmağa da ehtiyac yoxdur. G. Aslanlı bildirib ki, Divan bu qərarı ilə həmin şəxslərə xəbərdarlıq edib ki, belə şeylərə ehtiyac yoxdur, bunu yığışdırsınlar. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri həmin şəxslərin yenə bu yöndə açıqlamalarını davam etdirərsə, bununla bağlı Nizamnamə çərçivəsində tədbir görülə biləcəyini də söyləyib. Yadigar Sadıqlı isə APA-ya müsahibəsində Divanın qərarının bir xəbərdarlıq, eyham xarakteri daşıdığını bildirib.
- Divanın iclasında nə üçün iştirak etməmisiniz?
- Divanın belə bir iclasının keçiriləcəyi barədə günortadan sonradan Divan üzvlərinə məlumat verilib. Həmin məlumatda da yazılmışdı ki, Azad Həsənovun aclıq aksiyası, Elman Quliyevin həbsi və bəzi partiyadaxili məsələlər müzakirə olunacaq. Konkret mənimlə bağlı məsələnin müzakirə olunacağı mənə bildirilməyib. Mən Lənkəranda idim, şəxsi işlərim də vardı. Digər tərəfdən, Divan tətilə buraxılmışdı. Bildirilmişdi ki, yaxın həftələrdə Divanın iclası olmayacaq. Bu, Divanın növbədənkənar iclasıdır. Adətən, Divanın iclasları bazar ertəsi olur. Mən də qeyri-adi bir şey görmədiyim üçün bu istidə tələsik Lənkərandan Bakıya getmədim. Bu məsələ müzakirə olunduğu, qərar qəbul edildiyi zaman Lənkəranda olmuşam.
- Bu qərarı necə qiymətləndirirsiniz?
- Müsavat Partiyasının Nizamnaməsində partiya rəhbərliyini, partiya strukturlarını, partiyanın yürütdüyü siyasəti tənqid etməklə bağlı azadlıqlar əksini tapıb. Nizamnamədə qeyd edilib ki, təhqir, böhtan yoxdursa, partiya üzvü heç vaxt buna görə intizam məsuliyyətinə cəlb oluna bilməz. Belə olan halda dünən qəbul edilən qərar Müsavat Partiyasının Nizamnaməsinə tamamilə ziddir. Bu, Müsavat Partiyasında son 5 ildə söz azadlığının, plüralizmin boğulmasına qarşı Arif Hacılının yürütdüyü siyasətin növbəti nəticəsidir. Partiyada yürüdülən hazırkı siyasətə alternativ siyasət təqdim edən insanların səsini boğmağa hesablanıb. Müsavat Partiyası əvvəllər Azərbaycanda ən demokratik, ən plüralist təşkilat idi. Son zamanlar bunun əksini müşahidə edirik. Partiyanın hazırkı durumundan narazı olan və tənqidlər səsləndirən üzvlərin tənqid imkanlarının boğulması prosesi aparılır. Dünən qəbul olunan qərarın da Nizamnaməyə zidd olduğu heç kəsdə şübhə doğurmur. Hətta ilk dəfə Müsavat Partiyasının Nizamnaməsindəki həmin müddəa ilə tanış olan insanlara da aydın olur ki, dünən qəbul olunan qərar Nizamnaməyə ziddir. Məqsəd narazıların səsini boğmaq, qurultay öncəsi “partiyadan qovula bilərlər” təhlükəsi yaratmaq cəhdidir. Aydın məsələdir ki, Müsavat Partiyasının üzvü olan insanlar üçün partiya həddindən artıq əziz, həddindən artıq qiymətlidir. İnsanlar ömürlərini, karyeralarını, sağlamlıqlarını bu partiyaya sərf ediblər, bu partiyadan kənarda həyatlarını təsəvvür etmirlər. Bu da bu haldan sui-istifadə cəhdidir. Yəni “səhviniz”i dayandırmasanız, haqqınızda intizam tədbirləri görülə bilər.
- Xəbərdarlığın səbəbi kimi göstərilən məsələyə münasibətiniz necədir?
- Düzü, anlaya bilmirəm. Qərarda Müsavat Partiyasından xaricə gedənlərə arayış verilməsi məsələsi ilə əlaqədar Yafəs Həsənovun adı çəkilir. Açığı, mənim səsləndirdiyim tənqidlər partiyanın Nizamnaməsinin mənə verdiyi hüquqlardan heç də kənara çıxmır. Mən belə reaksiyanın siyasi cəhətdən heç bir əsası olmadığını fikirləşirəm. Bu, sadəcə, demokratik olmayan zehniyyətin təzahürüdür. Bunun başqa bir əsası yoxdur. Niyə mənim səsləndirdiyim tənqidlərdən bu qədər narahat olublar? Arif Hacılı partiyanın başqanıdır. Partiyada, yaxud başqa yerdə hakimiyyətdə olanın əlində istər-istəməz administrativ resurs olur. Bu insanlar dəyişikliklərdə deyil, daha çox status-kvonun davam etməsində maraqlı olurlar. Arif Hacılının hazırda mənim namizədliyimə qarşı belə administrativ bir üstünlüyü var. Bunun müqabilində mənim başqanlığa namizədliyimdən niyə belə narahat olduqlarını anlaya bilmirəm. Bu mənim namizədliyimə qarşı administrativ resursdan istifadədən başqa bir şey deyil. Əslində həmin qərar daha çox məni dəstəkləyəcək, müdafiə edəcək şəxsləri çəkindirməyə hesablanıb. Mən heç zaman Müsavat Partiyasını nüfuzdan salan hərəkətlər etməmişəm. Əksinə, qürur və fəxrlə deyə bilərəm ki, Müsavata ən çox nüfuz qazandıran şəxslərdən biri olmuşam. Bir çox halda da əsəbimi, enerjimi hökumətlə yanaşı partiyanı nüfuzdan salan üzvlərə qarşı xərcləmişəm.
- Qərarın səbəbi kimi ortaya çıxan, xaricə gedən partiya üzvü olan, yaxud olmayan şəxslərə arayış verilməsi məsələsi nə dərəcədə ciddi məsələdir?
- Mən də inanmaq istəmirəm ki, Arif Hacılı və digər partiya yoldaşlarım arayış məsələsindən hansısa kirli məqsədlər üçün istifadə etsinlər. Sadəcə, bu məsələ partiya ətrafında qalmaqal yaradırsa, partiyanın nüfuzuna ziyan vurursa, o zaman bu məsələnin ictimaiyyət nümayəndələrinin, yaxud bizim iştirakımızla şəffaf şəkildə araşdırılması mümkün ola bilərdi. Heç bir sui-istifadəyə yol verilməməsi üçün şəffaf şəkildə faktların ortaya çıxarılması yaxşı olardı. Təəssüf ki, bu məsələ araşdırılmayıb. Mən də bu məsələdən təxminən partiya üzvü olmayan insanlar qədər uzağam, məlumatlarım həddindən artıq məhduddur. Hamının bildiyi şəxslərdən başqa, 197 nəfər kimdir, kimə arayış verilib, mənim də məlumatım yoxdur. Biz də dəfələrlə müəyyən addımlar təklif etmişik ki, Müsavat Partiyasının adı bu qalmaqalda hallanmasın, partiyaya bundan ziyan gəlməsin. O cümlədən müəyyən müddət ərzində bu arayışların verilməsinin durdurulmasını da istəmişik. Təəssüf ki, təkliflərimiz həyata keçməyib, bu gün yenə də Müsavat Partiyasının ətrafında bu xoşagəlməz söz-söhbətlər davam edir.
- Son illərinə təcrübəsində Müsavat Partiyasında başqanlığa namizədləri son nəticədə partiyadan çıxarılmış, uzaqlaşdırılmış görmüşük. Özünüzə qarşı bu addımı gözləmirsiniz ki?
- Dünənki qərarı bir işarə, eyham kimi də başa düşmək olar. Lakin tam səmimi sözümdür, qurultayqabağı müsavatçıların səsi üçün demirəm. Mən özümü tamamilə, iliyimə qədər müsavatçı hesab edirəm. Özümü Müsavat Partiyasından kənarda təsəvvür etmirəm. Müsavat Partiyasından getmək fikrim də yoxdur. İstənilən halda Müsavat Partiyasında qalıb öz mübarizəmi davam etdirmək üçün çalışacağam. Əgər onlar məni partiyadan hansısa bəhanə ilə çıxararlarsa, məni partiya üzvlüyündən çıxarmaq mümkün olsa da, mənim müsavatçılığımı əlimdən almaq olmaz, əqidəmi şüurumdan silmək olmaz.
- Qurultaya qədər partiyada qalsanız, şansınızı necə qiymətləndirirsiniz?
- Administrativ resurs Arif Hacılını daha şanslı edir. 2014-cü ildə başqan dəyişikliyinin Müsavat Partiyasında yaratdığı təbəddülat Arif Hacılının xeyrinə işləyir. Çünki müsavatçılar yenə də dəyişiklik olacağı təqdirdə belə halların yaşanacağından çəkinirlər. Bu hallar Arif Hacılını daha şanslı göstərir. Amma düşünürəm ki, bizim təkliflər, strategiyalar, siyasət, xətt və hərəkət Müsavat Partiyasının üzvlərinin ürəyincə olacaq və səsimizi toplaya biləcəyik. Burada əsas məsələ nədən ibarətdir? Əslində məsələ sırf Yadigar Sadıqlının başqan seçilməsi deyil. Söhbət Müsavat Partiyasının yenilənməsi, formatlanması, daha çevik, daha prinsipial, daha ardıcıl siyasət yürütməsindən gedir. Biz bu siyasəti təklif edirik. Əgər müsavatçılar bu xətti seçəcəklərsə, bu, bizim hamımızın qələbəsi olacaq. Amma müsavatçılar indiki kimi həddindən artıq ətalətlə idarə olunan üsul-idarəni seçəcəklərsə, Müsavat Partiyasının mədəni-kütləvi tədbirlər dərnəyinə çevrilməsini müdafiə edəcəklərsə, bu da onların seçimi olacaq.
Xəbərin oxunma sayı : 334
Müsahibə
Xəbərlər
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır - Siyahı
-
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
-
Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...
-
Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı
-
ABŞ-da inflyasiya açıqlandı: “FED“in faiz artımı ehtimalı azalır
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sabah“ - “Orhus“ oyununda insidentə görə cinayət işi başlanıldı - Saxlanılanlar var
-
Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL
-
Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı
-
“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır - Rəsmi
-
Mehdiyevlə bağlı yeni faktlar üzə çıxdı:“Göbələk Feyruz” kimdir?
-
Biləcəridə yerləşən “Qəsr” restoranında qanunsuz artırılma – İcazəni icra başçısı verib?
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib? - Cinayət işi açıldı
-
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları
-
Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH açıqladı
-
Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı
-
Şəki Rayon Məhkəməsinə yeni təyinat - FOTO
-
“Ferrum Kapital“ Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
-
“Böyük Qayıdış prosesinə kölgə salmağa çalışanlar var” - “Qaçqınkom”
-
Naxçıvanda çalışan sahibkarlara 10 illik güzəşt - Bu vergilərdən tam azad edilir...
-
Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar
-
Dövriyyəsi milyonlarla manat azalan investisiya şirkətləri - CƏDVƏL
-
Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
-
Prezident İlham Əliyev iki səfiri geri çağırdı - Yeni təyinatlar
-
Vens Zelenskidən nəyi xahiş edib? - Ukrayna artıq bu gəmiləri vurmur
-
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - Siyahı
-
Nərimanovda 5 mərtəbəli obyekt satılır - 6,5 milyon manata (FOTO)
-
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı: 258 milyon manat ayrıldı
-
“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı-VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - VİDEO
-
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - TƏFƏRRÜAT/FOTO
-
Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri
-
“Saxta nikah“, məcburiyyət, aldatma - Nikah hansı hallarda etibarsız sayılır?
-
DİN-dən onlayn alış-verişdə kiberdələduzluqla bağlı – Xəbərdarlıq
-
Azərbaycanda ucuz avtomobillər hərracda - 600 manatdan başlayır
-
Ermənistan Aİİ üzrə referendum keçirməsə, addımlar atılacaq - Qaluzin
-
“Mirana Luxury“ şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyona
-
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
-
“Heyvan alıb satacağıq, qazanc verəcəyəm“ - Bakıda vətəndaşları aldadana CƏZA
-
Korte Bəyannaməsi“ qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
-
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb - DSMF
-
“Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir“ – Rusiya XİN
-
I qrupda təhsil haqları: ən ucuz və ən bahalı ixtisaslar
-
Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə
-
Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dolları ötüb - Statistika
-
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - VİDEO
-
Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO
-
Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
-
Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
MİQ müsabiqəsi: ümumi vakansiya seçimi mərhələsi başlayır
-
“Azərbaycanda işləmək məni həyəcanlandırır“ - Ceki Çan
-
“PAŞA Bank“ın kredit portfeli sürətlə böyüyüb - Rəqəmlər
-
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi - SİYAHI
-
Kiberpolis əməliyyat keçirdi: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi (VİDEO)
-
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı qalxıb - Son 6 ayda
-
Şıxov çimərliyində iki qadın dənizdə boğuldu - FHN axtarışa başladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda 60 mindən çox iş yeri boş qalıb - Vətəndaşlar niyə bu işlərə maraq göstərmirlər?
-
Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət
-
Dövlət avtomobilləri satışa çıxarılır: Sentyabrın 15-də növbəti hərrac keçiriləcək
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub? - STATİSTİKA
-
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdir
-
Bu şəxslərin evi hər an sökülə bilər - Bakıda yeni proses başlayır
-
“Atəşgah Sığorta“ 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
-
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
TOP 10
ARXİV






