Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mövcud vəziyyəti heç kəs qəbul etmir” - Məmmədyarov

Tarix 20.11.17, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiyalı həmkarım Sergey Lavrovla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim”

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

“Rusiyalı həmkarıma bildirdim ki, münaqişənin nizamlanmasını irəli çəkməyə imkan verən bir sıra yanaşma mövcuddur. ATƏT-in Minks qrupu həmsədrləri də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status-kvo qəbuledilməzdir və qeyri-sabitdir. Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu”.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur: “ Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”. 

Məmmədyarov qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın hazır ki vəziyyəti 2008-ci ildə imzalanan dostluq və əməkdaşlıq bəyannaməsində əksini tapıb: “İki ölkə bu sənədə uyğun addımlar atır. Ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan, Rusiya və İran prezidentlərinin müzakirəsindən irəli gələn məsələlərdən biri Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınmasıdır. Bunun potensiyalı genişdir. Həm də yüklərin daşınması yolunu qısaldır”.



Xəbərin oxunma sayı : 163




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap