Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Maarifçi Gənclər” İctimai Birliyinin rayonlarda tədbirləri davam edir - Fotolar

Tarix 14.11.17, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


“Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının qrant vəsaiti hesabına  “Orta təhsil müəsisələrində şagirdlər arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Şirvan şəhərində, Neftçala və Salyan rayonlarında  tədbirlər keçirmişdir.

 “Maarifçi Gənclər” İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının qrant müsabiqəsi çərçivəsində  “Orta təhsil müəsisələrində şagirdlər arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirləri” layihəsini məkan olaraq Neftçala, Salyan rayonlarında və Şirvan şəhərində həyata keçirilməsini nəzərdə tutulmuşdur.
Bu məqsədlə, ilk olaraq “Orta təhsil müəsisələrində şagirdlər arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirləri” layihəsinin həyata keçirilməsini Şirvan  şəhərindən başlamışdır. Şirvan şəhər İcra Hakimiyyətinin Şirvan şəhər Təhsil Şöbəsinin yaxından köməkliyi ilə 19 oktyabr  2017-ci il tarixində Şirvan  şəhər 1 saylı tam orta məktəbinin akt zalında neftçalalı VII-XI sinif şagirdlərinin iştirakı ilə “Orta təhsil müəsisələrində şagirdlər arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirləri” adlı tədbir keçirilmişdir. Şirvan şəhərindən  sonra layihə çərşivəsində növbəti tədbirimiz 24 oktyabr  2017-ci il tarixində Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala rayon Təhsil şöbəsinin yaxından köməkliyi ilə Neftçala şəhər 1 saylı tam orta məktəbində olmuşdur. Son tədbir isə Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayon Təhsil Şöbəsinin yaxından köməkliyi ilə     30 oktyabr  2017-ci il tarixində Salyan şəhər 7 saylı Texniki Fənnlər təmayüllü  tam orta məktəbinin akt zalında salyanlı VII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir.Tədbirlərdə ümumi 580 nəfər şagird iştirak etmişdir. 
Tədbir iştirakçılarına bu layihə çərçivəsində hazırlanmış,  narkomaniyanın fəsadları, narkotik maddələr, siqaret aludəçiliyi və digər məlumatları haqqında informasiyaları əhatə edən “Sağlam gənclik sağlam gələcəkdir” adlı kitabçalar paylanmışdır. 
Tədbirlərdə, layihə rəhbəri Azad Həmzəyev şagirdlərə narkomaniyanın fəsadları, narkotik maddələr, siqaret aludəçiliyi haqqında geniş məlumatlar verən əhatəli çıxış etmişdir. 
Sonra tədbirlərdə iştirak edən qonaqlar çıxış edərək narkomaniya və onun törətdiyi bəlalar haqqında öz təəssürat və biliklərini şagirdlərlə bölüşmüşlər. 
Sonda qonaqlar və layihə rəhbəri şagirdləri maraqlandıran sualları cavablandırmışlar.











Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap