Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Made in Azerbaijan” brendli smartfonlar yığılacaq

Tarix 18.04.17, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda "Made in Azerbaijan" brendi altında smartfonların yığılmasına başlanacaq

Lent.az-ın xəbərinə görə, bunu "Trend"ə "CRM Group" şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.

Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq: "Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq. Biz ümumilikdə 10-a yaxın müxtəlif növ İT-məhsulun, o cümlədən planşet, kompüter, noutbuk, printer və s. yığılmasının həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək".

Ramin Süleymanovun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasına başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.

"Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik. Qonşu Türkiyədə, məsələn, "Casper" brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik", - deyə R.Süleymanov qeyd edib.



Xəbərin oxunma sayı : 130




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap