Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Maliyyə amnistiyası öz həllini tapmalıdır ” - Vahid Əhmədov

Tarix 16.09.20, 20:22

Font ölçüsü : - / +
bitmap-img6


“Cənab Prezidentin bu çağırışı təqdirəlayiqdir. Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Prezident İlham Əliyevin investorlara çağırışını şərh edərkən bildirib.

Xatırladaq ki, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında postpandemiya dövrünün vəzifələrindən danışıb. “Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, post pandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”, – İlham Əliyev vurğulayıb.

Vahid Əhmədov xatırladıb ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentə müraciət edəndə bu məsələyə toxunmuşdu: “Maliyyə amnistiyası lazımdır ki, insanlar təhlükəsizliklərilə bağlı arxayınlaşsınlar. Əmin olsunlar ki, kimsə sabah onların maliyyəsinin mənbəyini axtarmayacaq. Yalnız bundan sonra onlar əllərində olan kifayət qədər vəsaiti ölkəyə yatıracaqlar”.

Millət vəkili hesab edir ki, xarici investorların Azərbaycanda fəaliyyət göstərməsi üçün mülkiyyət toxunulmazlığı məsələsi həll olunmalıdır. “İnvestora birdəfəlik mülkiyyət toxunulmazlığı statusu verilməlidir. Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Hazırda Azərbaycanda investisiya yatırmaq üçün çox böyük imkanlar var. Ona görə də mülkiyyət toxunulmazlığı və maliyyə amnistiyası öz həllini tapmalıdır”, - V.Əhmədov vurğulayıb.

Deputat deyib ki, investorlar üçün kifayət qədər güzəştli şərtlər təklif edilir: “Onların yatırım edəcəkləri sahədən asılı olaraq, güzəştlər təklif edilir. İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkları yaradılıb, o məhəllələrdə bütün strukturlar formalaşdırılıb. Orada fəaliyyət göstərən sahibkarlar 7 il müddətinə bütün vergilərdən azaddırlar. Bu cür güzəştlər var. Azərbaycana investisiya yatıran istənilən şəxs üçün münbit şərait yaradılır. Sadəcə, o insanların üzə çıxması üçün müəyyən danışıqlar aparmaq və mütləq şəkildə maliyyə amnistiyası elan etmək olduqca vacibdir”.



Xəbərin oxunma sayı : 526




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap