Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İmamoğlu Yıldırımı 770 min səs fərqi ilə udddu: “Bu, bir zəfər deyil, başlanğıcdır”İlk açıqlamalar

Tarix 23.06.19, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


İstanbulda bələdiyyə sədrliyi uğrunda bu gün baş tutan səsvermə başa çatıb.

Strateq.az xəbər verir ki, İstanbulda səslərin artıq 99.4 faizi sayılıb.

Hazırki nəticəyə əsasən, İmamoğlu 54 faiz, Yıldırım isə 45, 1 faiz səs toplayıb.

Hazırkı nəticəyə görə, İmamoğlu Yıldırımı 777 min 581 səs fərqi ilə udub.

Binəli Yıldırım ilkin nəticə ilə bağlı “Tvitter” hesabında İmamoğlunu təbrik edib, uğurlar arzulayıb.

O bildirib ki, rəqibinə əlindən gələn hər köməkliyi göstərməyə hazırdır: “15 milyonluq İstanbulun qərarı xeyirli olsun. Ona lazımi dəstək olacağıq. Bunun da belə bilinməsi lazımdır”.

CHP lideri Kamal Kılıçdaroğlu isə “Demişdik ki, hər şey çox gözəl olacaq, çox gözəl də oldu”, – deyə bildirib.

İndilərdə açıqlama verən İmamoğlu “Çoxlu duyğusal anlarım var, lakin YSK-nın qərarından sonra onlardan danışacam”, – deyərək, seçkidə ona dəstək olan, olmayan bütün istanbullulara təşəkkür edib.

O, işləyəcəyi dönəmdə heç bir siyasi, etnik fərq qoymadan hər kəs üçün var gücü ilə çalışacağını deyib: “İndilikdə isə istəyim budur ki, seçki bitənə qədər seçki dairələrini tərk etməyin. Ən böyük  millətdir, hər şey şərtsiz millətindir, onun iradəsidir. Bu, bütün Türkiyənin qələbəsidir. Mənim üçün artıq vəzifə başladı. İstanbulda gərginlik yox olacaq, xoş görüntülər olacaq”.

İmamoğlu deyib ki, bugünkü qələbəsi bir zəfər deyil, başlanğıcdır.

O, Ərdoğana da səslənərək, İstanbulun təcili həllini gözləyən problemləri ilə bağlı birgə işləməyin vacib olduğunu bildirib: “Çox istərdim ki, biz birlikdə əl-ələ verək, oturaq, danışaq, problemlərin həll yolllarını daha tez və operativ çözək. Siyasi qovğalardan millət artıq bezib”.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap