Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İmamoğluna mandat vermədilər –İstanbulda səslər üçüncü dəfə sayılacaq (QƏRAR)

Tarix 15.04.19, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim partiya ilə müxalifət arasında mübahisə davam edir.

Virtualaz.org xəbər verir ki, AKP-nin tələbi ilə İstanbulda etibarsız hesab edilmiş 330 minə yaxın səsin, o cümlədən 60-dan çox məntəqədə bütün səslərin  yenidən sayılması başa çatmaqda ikən Yüksək Seçim Kurulu Maltəpə rayonunda yenidən təkrar sayım qərarı verib.

İstanbulun Maltəpə rayonu səslərin yenidən sayılmasında sonuncu rayon idi və prosesin bu gün başa çatacağı gözlənilirdi. Əgər səslərin yenidən sayılması başa çatsaydı CHP-nin namizədi Əkrəm İmamoğlunun bələdiyyə başqanı seçildiyi haqda mandatı almasına maneə qalmayacaqdı.

Lakin ötən gün axşam AKP və onun müttəfiqi MHP Maltəpədə 400 seçki məntəqəsi üzrə səslərin yenidən (artıq üçüncü dəfə) sayılmasını tələb edib. Beləliklə, sayılmamış qalan qutular da daxil olmaqla Maltəpə rayonunda 576 seçki qutusunda bülletenlər yenidən sayılacaq. Prosesin daha nə qədər zaman alacağı məlum deyil.

Xatırladaq ki, AKP İstanbulda seçkilərin nəticələrini tanımır və səslərin hesablanmasında, habelə seçici siyahılarının hazırlanmasında “kütləvi pozuntuların olduğunu” bildirir. Baxmayaraq ki, seçici siyahılarının hazırlanmasını hakimiyyət özü həyata keçirib, o cümlədən bütün seçki məntəqələrində AKP-dən olan komissiya üzvləri və müşahidəçiləri səsvermənin nəticələrinə dair protokolları imzalayıblar.



Xəbərin oxunma sayı : 619




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap