“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar“ - Vətən müharibəsində gözünü itirən qazi...

Tarix 01.03.21, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəmizin qəhrəman oğullarından biri də Masallı rayon Təklə kənd sakini Tərlan Abbasovdur. Dörd ildir ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən qazimiz Vətən müharibəsində ağır yaralanıb.

O, bütün bunları Moderator.az-a belə nəql edib:

"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar"


“1988-ci ildə Masallı rayon Təklə kəndində anadan olmuşam. Ailəliyəm, iki övladım var. Sentyabrın 27-də döyüş başladı və biz Füzuliyə girdik. Mən sürücü-mxanikəm. Laçına qədər döyüşə-döyüşə getdik. Oktyabrın 9-da tankımız vuruldu və ağır yaralandım. Üç hərbçi yoldaşımla birlikdə yanan tankdan çıxdıq. Əllərim, başım, üzüm və gözlərim yanmışdı. Gözlərimdə çoxlu qəlpələr var idi. Həkimlər əməliyyat edib həmin qəlpələrin çoxunu çıxardılar. Bakıda hospitalda bir həftə gözlərim görmədi və sonra açıldı. Amma indi sol gözüm görmür, bir qulağım isə zəif eşidir”.

"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar"

Qazimiz Masallı rayon İcra Hakimiyyətinin indiyə kimi bir dəfə də olsun onunla maraqlanmadığını bildirib:

“İndi məzuniyyətdəyəm. Səhhətimdə hələ də problemlərim var. Bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları gəlib məni qeydiyyata aldılar. Amma Masallı rayon İcra Hakimiyyətindən bir nəfər də olsun gəlib qapımı açan olmayıb. Mənzil şəraitimin yaxşılaşdırılması üçün həll olunası bir neçə problemim var. Onlardan biri də evimə qaz xəttinin çəkilməsi məsələsidir. Evimdə qaz xətti yoxdur. Xahiş edirəm ki, mənə bununla bağlı köməklik göstərsinlər”.






Xəbərin oxunma sayı : 1831




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap