|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Maskalı MTN-çilərin basqını, 220 min dollarlıq qarət, püre-kotlet qonaqlığı – Qalmaqallı cinayət işindən daha bir səhifə
Tarix 21.01.17, 1:00 |
|
Harda külli miqdarda pul varsa, MTN əməkdaşları orada peyda olurmuş. Mafiya üzvləri əvvəlcədən müəyyənləşdirdikləri “qurbanlarını” uzun müddət izləyib, əllərində nağd pul olduqlarını bildikləri anda onlara basqın edirmişlər...
Belə qurbanlardan biri də Hüseynov qardaşlarıdır. Onlar valyuta mübadiləsi məntəqəsində basqına məruz qalıblar. “MTN mafiyası” həm müştərini, həm də məntəqədə çalışanları maşınlara mindirərək nazirliyə aparıblar. Təbii ki, bu zaman məntəqədə olan 300 mini də unutmayıblar...
Ləğv edilmiş MTN-in vəzifəli şəxlərinə qarşı açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Həsənov Elşən Əflanoviç başına gələnləri danışıb.
O, ifadəsində göstərib ki, 2004-2010-cu illərdə “Texnikabank” ASC-də müxtəlif vəzifələrdə, 2010-cu ildən 2015-ci ilin iyun ayına kimi qardaşı Seymur Həsənovla birlikdə Nəsimi rayonu, Azadlıq prospekti 64-A ünvanında yerləşən “Zamin bank” ASC-nin 9 saylı valyutadəyişmə məntəqəsində işləyib.
300 min dollarlıq əməliyyat...
E.Həsənov mübadilə məntəqəsinin xəzinədarının qardaşı Seymur Həsənov olduğunu deyib: “Mən müştərilər cəlb etmək və texniki köməklə qardaşıma dəstək olurdum. Mübadilə məntəqəsi rəsmi olaraq Seymur Həsənovun adına idi”.
Onun sözlərinə görə, 2015-ci ilin 8 mayında qardaşının daimi müştərisi olan Farizə adlı xanım ona zəng edib: “Farizə xanım zəng edib dedi ki, Seymura zəng çatmır. Əri Kamranın təcili olaraq 300 min dollarını avroya dəyişmək istədiyini söylədi. Mən də Seymura zəng elədim, amma zəng çatmadı. Təxminən 15 dəqiqə sonra qardaşımla danışa bildim. Qardaşıma müştərinin avro almaq istədiyini dedim. Sonra onlar aralarında danışıb vədələşdilər. Bundan bir neçə saat sonra qardaşıma zəng elədim. Ancaq ona zəng çatmadı”.
“Qardaşın bizdədir”
Məntəqədə işləyən digər şəxslərə zəng edən Elşən Həsənov onlara da zəng çatmadığını görəndən sonra qonşu mağazada işləyən satıcılardan birinə zəng edib. Bu zaman öyrənib ki, məntəqəyə müki geyimli 7-8 nəfər gəlib və hər kəsi aparıb: “Narahat olub, dosta-tanışa zəng elədim, polisə məlumat verdim. Bir neçə dəqiqə keçmiş telefonuma zəng gəldi. Özünü MTN əməkdaşı kimi təqdim edən şəxs dedi ki, “narahat olma, ora-bura çox zəng eləmə. Qardaşın bizdədir”. Məni MTN-ə çağırdılar.
İkinci mərtəbəyə qalxanda qardaşım Seymuru və digər əməkdaşları gördüm. Onlardan izahatlar alındı. Sonra özünü MTN-nin vəzifəli şəxsləri kimi təqdim edən Natiq Alıyev və Zaur Məmmədov bizə yaxınlaşdı. Qardaşımdan kassada pulun göstərilənlərdən artıq olmasının səbəbini soruşdular. O da cavab verdi ki, “məntəqənin işi belədir ki, müştərilərdən alınmış pul vəsaitlərini dərhal sənədləşdirmək olmur, yəni pullar yığılır və müəyyən 2-3 saatdan sonra nəticəsi hesablanaraq sənədləşdirilir”. Onlar qardaşımı danışmağa qoymadılar. Həbs edəcəklərini deyib, təzyiq etməyə başladılar”.
“Gecəni burada qalarsınız, ağlınız başınıza gələr”
Bundan sonra MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev və 1-ci idarənin sabiq rəis müavini Zaur Məmmədov
böyük qardaş kimi işin həl yolunu Elşən Həsənovla danışmaqda görüblər.
“Natiq Alıyev mənə dedi ki, “sən böyük qardaşsan, ona görə də səninlə danışacam”. Qardaşımı otaqdan çıxartdılar. Dedi ki, həbs edilməmək üçün 500 min dollar verməliyik. Həyəcanlı vəziyyətə düşdüm, bu məbləğin həddindən artıq cox olduğunu dedim. 4-5 saat danışdıq. Hərdən otaqdan çıxıb gedirdilər. Qayıdanda nəticəni soruşurdular. Bu qədər pulu verə bilməyəcəyimizi təkrar edirdim. Dedilər ki, “gecəni burada qalarsınız, ağlınız başınıza gələr”. Gecə digər işçiləri buraxdılar. Məni, qardaşımı və müştəri Kamranı girov kimi saxladılar. Gecəni divan və kreslolarda yatmışdılar. Axşam yeməyi kimi kafedən kotlet və püre gətirdilər”.
Digər epizodlarda olduğu kimi, bu dəfə də MTN zabitləri “mərhəmətli” olublar və “qurbanlarına” endirim ediblər.
MTN-də saxlanılan günün səhərisi qardaşlardan 200 min dollar verilməsi istənilib. Əks halda birdəfəlik MTN-də saxlanılacaqlarını deyiblər.
Qardaşlardan biri girov saxlanılıb
Təzyiqlərdən və hədələrdən qorxan qardaşlar bu məbləği verməyə razılaşıblar. Əvvəlcə Seymur Həsənov sərbəst buraxılıb. O, dostu Anardan 100 min dollar götürərək MTN-ə qayıdıb. Bu zaman hesab-kitab edilib və qardaşlar sərbəst buraxılıb.
Elşən Həsənov ifadəsində göstərib ki, valyuta dəyişə məntəqəsinə edilən basqın zamanı götürülən 300 min dolların 180 mini onlara qaytarılıb. 120 mini özlərində saxlayan MTN əməkdaşları əlavə olaraq da Seymur Həsənovun gətirdiyi 100 min dolları götürüblər.
İstintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilən Seymur Həsənov da eyni məzmunlu ifadə verib.
MTN-nin basıqını zmanı saxlanılan müştəri Ağababayev Kamran Baba oğlu da ifadə verib.
O deyib ki, kommersiya fəaliyyəti böyük qabaritli yükdaşımanın təşkilindən ibarət olub. Bu məqsədlə 2015-ci ilin may ayında iki ədəd “MAN-TGS33440” markalı ağır yükləri dartıcı almalı və rəsmi olaraq onların alqı-satqısını həyata keçirmək istəyib.
Bunun üçün ona 300 min avro lazm olduğunu deyən Kamran valyutadəyişmə məntəqəsinə getdiyini və pulunu dəyişmək istədiyini bildirib. Məntəqədə baş verənləri danışan zərərçəkmiş basqın zamanı yaşadıqlarını belə danışıb:
“Birdən səs-küy düşdü. Həyəcanlandım, arada pulumun alınacağından, ya da it-bat olacağından qorxdum. Belə vəziyyətdə gələnlərin kim olduğunu, adları ilə maraqlana bilmədim. İçəri girən kimi telefonları aldılar. Başladılar komadalar verməyə ki, “tərpənməyin, dayanın””.
MTN-ə gətirildikdən sonra orada yaşananları danışan K.Ağababayev deyir ki, orada Natiq Alıyev adlı MTN əməkdaşı ona “bizə nə verəcəksən” deyib: “Dedim ki, heç nə. Axı mən qanunu pozmamışam. Dedi ki, gecəni burada qalarsınız, ağlınız başınıza gələr. Səhərisi gün Elşən və Seymurla pul məsələsində razılaşıb bizi buraxdılar. Mənə də dedilər ki, “uşaqlar özünü qabağa verdi”. Sonra bizi oradan buraxdılar.”
Xat;rladaq ki, adları qeyd edilən MTN zabitləri qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.
Xəbərin oxunma sayı : 808
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV