| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
Tarix 17.05.26, 18:46 |
|
Azərbaycan kino tarixində elə aktyorlar olub ki, canlandırdıqları obrazlar bu gün də sevilir, tamaşaçı yaddaşında yaşayır. Onların yaratdığı rollar illər keçsə də, dəyərini itirməyib və tez-tez xatırlanır. Lakin təəssüf ki, həmin aktyorların bir çoxu artıq həyatda deyil və maraqlısı budur ki, bu məşhur obrazlara baxmayaraq, onların özləri tamaşaçı üçün kifayət qədər tanınmır, həyatları və taleləri geniş auditoriyaya demək olar ki, naməlum qalır.
Musavat.com həmin aktyorları təqdim edir.
Maya
“Böyük dayaq” filmindəki “Maya bacı”nı, “Ulduz”dakı eyniadlı əsas qəhrəmanı dəfələrlə izləmişik. Həmin iki obrazı canlandıran Tamilla Rüstəmova 1936-cı ildə Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunu "fortepiano" ixtisası üzrə bitirib. Onlar ailədə iki bacı, iki qardaş olublar. Rüstəmovlar ailəsinin 4 övladından yalnız kiçiyi - Rəna Rüstəmova sağdır.
O, hələ həmin Akademiyada oxuduğu illərdə orada vokalçı ixtisası üzrə təhsil alan latış tələbə Olgerd Krastınşla tanış olur. Sonra onlar münasibətlərini rəsmiləşdirməyi qərara alırlar. 1959-cu ildə Akademiyanı bitirən gənclər ailə qururlar. Gənc ailə daimi yaşamaq üçün Riqa şəhərinə köçür. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadını götürür. Onların bu evlilikdən Velta adlı bir qızı dünyaya gəlir. Tamilla xanım Riqada uzun müddət musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim işləyir. Tamilla Rüstəmova “Böyük dayaq” və “Ulduz” filmlərinə yay fəslində Bakıya dincəlməyə gələrkən atasının məsləhəti ilə çəkilir. Onun ən böyük uğuru da bu filmlərdəki “Ulduz” və “Maya” obrazları olur. Tamilla Rüstəmovanın Olgerd Krastınşla evliliyi uzun sürməyib. Təxminən 10 ildən sonra azərbaycanlı aktrisa latış ərindən boşanaraq, Bakıya - valideynlərinin yanına köçür. Bakıda o, Bülbül adına musiqi məktəbində fortepiano müəllimi kimi fəaliyyət göstərməyə başlayır. Bakıda yaşadığı illərdə Tamilla xanım “Axırıncı aşırım” filmində də epizodik rola çəkilir.
Maraqlıdır ki, Tamilla Rüstəmova qaradinməz insan olub. O, həmişə mətbuatdan qaçmağa çalışıb, radio, televiziya və qəzetlərə müsahibə verməkdən yayınıb. Bu səbəbdən də onun haqqında internet resurslarında da məlumat çox azdır.
Tamilla Rüstəmova Bakıda yaşadığı müddətdə qızı Velta böyüyərək orta məktəbi bitirib, ali məktəbdə təhsil alaraq rus dili ədəbiyyatı, mədəniyyəti, psixologiya və pedaqogikası ixtisasına yiyələnib. Paytaxtda müəllim işləyən Velta İqor Tsvetkov adlı bakılı rusla ailə qurub.
Tamilla Rüstəmovanın kürəkəni İqor Tsvetkov indiki Azərbaycan Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib, ixtisasca neftçidir. İqor Tsvetkov xeyli müddət Bakıda neft yataqlarında mühəndis işləyib. 1998-ci ildə aktrisa qızı və kürəkəni ilə daimi yaşamaq üçün Moskva şəhərinə köçüb. Deyilənə görə, Tamilla xanım ikinci dəfə ərə gedib. Onun ikinci həyat yoldaşı azərbaycanlı İsrail Hənifəyev adlı şəxs olub. İsrail Hənifəyev vaxtilə Bakıda - keçmiş Ticarət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Tamilla Rüstəmova 2020-ci il iyulun 23-də 84 yaşında Moskvada vəfat edib. O, Moskvada dəfn olunsa da, nəşi müsəlman qaydalarına uyğun olaraq Moskvadakı məscidə aparılıb, sonra dəfn mərasimi keçirilib.
“Rus Əhməd”
İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkilən “Dəli Kür” filmində əsas personajlardan birini - “Rus Əhməd”i canlandıran Eldar Əliyev təəssüf ki, sənətdə layiqli qiymətini almayıb. Rus Dram, Musiqili Kоmediya və Leninqrad Dövlət Musiqili Kоmediya Teatrında rejissor kimi tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı оlan “Azadlıq şirin sözdür” filmində rəngarəng оbrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib.
Eldar Əliyevin böyük qızı Leyla Əliyevanın atası ilə bağlı müsahibəsindən kiçik bir hissə: “Aleksandr Şarovski ilə yaxın dost idilər, o, atamın məzarı üstündə Vısotskinin “Koni” mahsını oxutmuşdu. Rus Dramasından Falkoviçlə, Adamovla dostluq edirdi. SSRİ-nin görkəmli incəsənət xadimləri olan Tovstonoqov, Jalakyaviçusla yaxşı münasibətləri var idi. Mixail Kazakov, Eduard Bredunla dostluq edirdi.
Yadıma gəlir ki, Kazakov Bakıda olanda necə oldusa ayağını sındırdı. Səhəri gün atamın başına elə bir iş gəldi. İkisi də çəliklə gəzməli oldular. Atam onun gəlişinə həsr olunmuş tədbirdə Ömər Xəyyamdan şeir oxudu. Qohumlarla da münasibətləri qohumluq əlaqələrindən daha yüksək idi. Yusif Vəliyev, yeznəsi İsrafil Hüseynovla da əsl sirdaş idilər. İsrafil əmi müharibə veteranı idi, amma atamın qəfil ölümündən çox sarsılmışdı, çox keçmədi ki, o da rəhmətə getdi. Görünür, atamın ölümü ilə bağlı öyrəndikləri də ona çox təsir etmişdi.
Rəsmi rəy o cür oldu - yaşadığı binanın çıxış qapısından çıxanda ayağı buzun üstündə sürüşüb arxası üstə yıxılıb və ölümcül beyin zədəsi alıb. Amma İsrafil əmi gedib sahə müvəkkilini sorğu-suala tutmuşdu. O da demişdi ki, mən bildiyimi desəm, Eldarın qardaşı sakit durmayacaq. Təkcə onu deyib ki, sizin qaynınızı qonşuluqda olan bir erməni itələyib. Bu yaxınlarda da bir nəfər mənim böyük oğlumun Eldar Əliyevin nəvəsi olduğunu biləndə deyib, sən bilirsənmi ki, babanı öldürüblər? Biz bu söhbətlərdən tamam çaşbaş qalmışıq. Axı atamın düşməni yox idi. Başa düşə bilmirik ki, atamı itələmək o erməninin nəyinə lazım imiş...”

“Qazan Xan”
– “Dədə Qordud” filmində əsas qəhrəmanlardan birini - “Qazan xan”ı canlandıran Həşim Qadoyev ölkəsi Tacikistanda, qismən də SSRİ miqyasında tanınmış aktyor olub. Lakin Azərbaycan tamaşaçısı üçün onun yaratdığı Qazan xan obrazı çox məşhur olsa da, özü sonradan bizim tamaşaçılar üçün naməlum müəllifə çevrildi. Həşim Qadoyev sonra da Azərbaycanda bir neçə filmə dəvət aldı.
Həşim Qadoyev tacik və xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri “Çərxi qardun” həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın – “Rozho”, “Asso”, “Tanho”, “Əndişaho”, “Mən!?”, “Kunc”, “Kometalar”, “Donbuz”, “Ku”, “Düşüncələr”, “Mənim Söhrabım”ın müəllifidir.
Söhrab rolunu yaradarkən Həşim Qadoyev “rola daxil olmaq” üçün qədim ədəbiyyatı, memarlığı, həykəltaraşlığı, Firdovsi dövrünü, qədim sikkələri öyrənir, özündən geyimlər fikirləşir, idmanla məşul olub əzələlərini artırır, əlini, qolunu bərkidir. Bu cəfakeşlik öz bəhrəsini verir – teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər səsləndirərək, aktyor oyununa yaxşı qiymət verirlər.
“Rüstəm və Söhrab” filmi bu günə qədər Sovet dövrünün ən yaxşı tacik filmi hesab olunur. Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi tacik aktyor Həşim Qadoyevin və onun tərəf müqabilinin “Rüstəm və Zöhrab” tamaşasındakı oyunundan elə təsirlənir ki, ağlayaraq huşunu itirir. Aktyor sağdır.

“Sərvər”
“O olmasın, bu olsun”, “Görüş” filmlərində əsas qəhrəmanları canlandıran Arif Mirzəquliyev Azərbaycan kino tarixində qalmağı bacarsa da, özü obrazları qədər məşhur olmadı.
O, 6 iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib. O, oğlunu gələcəkdə özü kimi həkim görməyi arzulayıb. Orta məktəbi bitirən Arif Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna daxil olur. İnstitutun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev dalbadal iki filmə - "Görüş" filmində Kamil və "O olmasın, bu olsun" filmində Sərvər obrazlarına çəkilərək, aktyor kimi özünü sübut edir və populyarlıq qazanır. Təhsilini başa vurub peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlir. Bir cümləlik teleqramda yazıl yazılır “Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.
Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edir. Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır. Atasının xahişi ilə Moskavadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmış Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Onların ailəsində hamı həkim idi… Beləliklə də o, Azərbaycan Dövlət Tibb İnstutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnir. İncəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir. Xəstəxanaların birində həkim işləyən Arif yanına təcrübəyə gələn ikinci kurs tələbələrindən birinə aşiq olur. Onlar tanış olub ailə qururlar. Sonralar da hər ikisi eyni xəstəxanada, bir otaqda işləyirlər. Uzun illər onun otağına gənc qızlar gəlib gedir onun qapısını döyüb baxırlar ki, görək Sərvər kimlə evlənib. Aktyor 1990-cı il avqustun 4-də ürək çatışmazlığından dünyasını dəyişib.
Məşhur “Əhməd haradadır” filmində “Əhməd”i canlandıran Səyavuş Şəfiyevin kinodakı ən böyük uğuru “Uşaqlığın son gecəsi” filmidir. Bəziləri bəlkə də, Şəfiyevin naməlum müəllif kimi qeyd olunma faktı ilə razılaşmayacaq. Amma sonradan Rusiyaya gedən və potensialını sirk sahəsinə yönəldən Səyavuş Şəfiyev kinodan tamamilə uzaqlaşdı. Aktyor 2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.

“Yastı Salman”
“Böyük dayaq” filmində maraqlı obraz yaradan Firudin Mehdiyev ixtisasca opera müğənnisi olub. Səhnədə bir çox rolları canlandırıb. Kinodakı ən məşhur rolu isə “Salman”dır. Gözəl səsə sahib, həmçinin, pedaqoji fəaliyyətlə məşğul olan Firudin Mehdiyev filmdə göstərdiyi yüksək aktyorluq qabiliyyəti ilə hamını təəccübləndirmişdi. Lakin çox təəssüflər olsun, indiki gənc nəsil “Salman” obrazını dəfələrlə izləsələr də, Firudin Mehdiyevi tanımır. F.Mehdiyev “Arşın mal alan”, “Dairə”, “Gecə qatarında qətl”, “Hər şey yaxşılığa doğru”, “Sevil” bədii filmlərində də maraqlı rollar yaradıb. 1927-ci ildə anadan olan Firudin Mehdiyev 78 yaşında vəfat edib.

“Qədir”
“Ulduz” filminin məşhur anti-qəhrəmanı olan kolxoz sədri Qədiri aktyor Bahadur Əliyev canlandırıb. Təəssüf ki, kinodakı xidmətləri müqabilində aktyor layiqli qiymətini ala bilməyib. Aktyor irili-xırdalı, 78 filmə çəkilib. O, 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat edib. Mehriban, səmimi, əliaçıq, həyat eşqli Bahadur Əliyev bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar. Sonuncu çəkildiyi film “Bəyin oğurlanması”dır. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.
Xəbərin oxunma sayı : 1804
Maqazin
Xəbərlər
-
Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI
-
“AZR Business“in borcu iki dəfə artdı - 2 milyona çatdı
-
1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - Rəsmi açıqlama
-
Baş nazir Vyetnamın Baş prokuroru ilə görüşdü - FOTO
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
-
XİN başçıları İstanbul bəyannaməsi imzaladılar - Tam mətn
-
Novxanıda narkobunker aşkarlandı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hava kəskin dəyişir - Leysan olacaq, dolu düşəcək
-
Sabunçu rayonunda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu
-
Yaxın gələcəkdə Türkiyə ilə əlaqələr normallaşacaq - Mirzoyan
-
NATO Rusiyanın yönləndirdiyi PUA-nı vurdu - Bu ölkənin səmasında
-
Dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri: “Bordo berelilər” ilk dördlükdə
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Nazirin özünə təyin etdiyi müşavir Eldar Əzizovun oğlu imiş - DOSYE/FOTO
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - İstanbulda
-
Avtobuslar üçün yeni mübadilə mərkəzi yaradılır - FOTOLAR
-
Yeməkdən tikinti materiallarına: RİH-in 290 min manatlıq sifariş verdiyi müəmmalı şirkət
-
Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər
-
Məktəblərdə TikTok-a giriş bloklanıb - Nazir müavini
-
Ali Məhkəmədən sahibkarlara xəbərdarlıq - Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
-
Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir - HESABAT
-
Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov... - Prokuror onlara ağır cəza tələb edir
-
Saxta sağlamlıq arayışı verən “General Hospital“ cəzalandırıldı - Rəsmi açıqlama
-
Bu qanunu pozanlar cərimələnəcək - 6 mindən 50 min manatadək
-
Azərbaycan sərhədini pozmağa cəhd etdi – Saxlanıldı
-
Həbsdə olan biznesmenin müsadirə olunan əmlakları - SİYAHI
-
Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır - Paşinyan
-
Avtobusun son dayanacağının yerinin dəyişdirilməsi narazılığa səbəb olub - VİDEO
-
Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq - Tramp
-
Kredit götürmək istəyərkən dələduzluqla üzləşdi - TƏFƏRRÜAT/VİDEO
-
Süd bazarında yeni reallıq: Həm idxal, həm də xərc artıb
-
Pakistanda antiterror əməliyyatı: 27 silahlı şəxs məhv edildi
-
Beyləqanda örüş sahələrinin zəbt olunduğu iddia edilir - VİDEO
-
I və IV qruplar üzrə qəbul imtahanları - Cavablar açıqlandı
-
Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - VİDEO
-
Azərbaycanda turistlər hansı problemlərlə üzləşirlər? - VİDEO
-
“İnsanları işlədirlər, pulunu vermirlər“ - Kitab sektorunda qalmaqallı İDDİALAR
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Vurulan gəmilərdə yaralanan vətəndaşlarımızın vəziyyəti açıqlandı - Rəsmi
-
Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
-
Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı
-
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət
-
İmtahana “ağıllı” saatla gələn nəzarətçi xaric edildi - DİM
-
“Apple”şirkətindən şok qərar: Milyonlarla iPhone...
-
Bir soyad, iki milli komanda - Qardaşlıq meydanda sınağa çəkiləcək
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
-
Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək - Sabahın havası
-
Milyonlarla kənd sakininə şad xəbər: Evlərə kütləvi “kupça“ verilə bilər
-
Xarici biznes sürətlə Kubanı tərk edir - The Wall Street Journal
-
Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..."
-
Aziz Yıldırım yenidən “Fənərbağça“ prezidenti seçildi - Səkkiz illik fasilədən sonra
-
Nikol Paşinyan səs verdi - Bu dəfə ailəsi ilə deyil
-
“VİP Kredit”, “Avto Kredit”, “Avto Zirvə“ - Qanunsuz lizinq, yüksək faiz (VİDEO)
-
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə getmək mümkündür? - Yeni marşrutlar
-
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
-
“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar
-
Ermənistanda parlament seçkiləri - Səsvermə başlayıb
-
Azərbaycanda "Son zəng" neçəyə başa gəlir? - Araşdırma
-
Saray məktəbində şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib?
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı
-
Kommunal xərcləri vaxtında ödəsə də lift kartı bloklandı - VİDEO
-
Bakıda maşınlar binanın üstündə drift etdi - Polis saxladı
-
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
-
Azərbaycanda kirayə mənzillər bahalaşacaq - SƏBƏB
-
Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
-
Bir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir - VİDEO
-
ABŞ-dan Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb
-
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
-
“Mənzil sökülüb, bizə kompensasiya verilməyib“ - VİDEO
-
“4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Xırdalanda yollar bərbad vəziyyətdədir: Sakinlərdən narazılıq
-
Məcnun Məmmədov İstanbulda yüksək səviyyəli toplantıda çıxış etdi - Fotolar
-
Vurulan gəmidə xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmiİ MƏLUMAT
-
“Real” Kvaratsxeliya üçün 150 milyon avro ödəyə bilər - Danışıqlar başladı
-
Məşhur ukraynalı müğənni Bakıda kimin toyunda iştirak edib? - VİDEO
-
Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Hər ikisi saxlanıldı
-
ABŞ-la İran arasında Körfəzdə qarşılıqlı atışmalar davam edir - BBC
-
Ömər aşırımında iki hərbçi dərəyə düşdü - Biri həlak oldu
-
İlon Mask 80% super dahi, 20% problemlidir - Donald Tramp
-
Azərbaycana turist axını niyə qırılır? - Statistikada ciddi eniş
-
CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı? - Detallar
-
Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
-
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - Sabahın havası
-
Azərbaycanda bank rəhbərləri nə qədər qazanır? - İllik 20 milyonu keçir...
-
Sadıq Sadıqov canına hansı blogerə görə qıyıb? - ŞOK DETALLAR
-
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir - “Politico”
-
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır
-
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
-
“Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar“ - VİDEO
-
Bakıda bu ərazilər söküləcək - Nə qədər kompensasiya veriləcək?
-
Azərbaycanda “od tutan” təhsil haqları - ÇAĞIRIŞ
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Meyvə-tərəvəz niyə ucuzlaşmır? - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı - “Qara qızıl“ 100 dollara satılır
-
Türkiyənin balıqçı gəmisinə hücum edilib - Ölən və yaralananlar var
-
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub - VİDEO
-
Təhlükəli bakteriya aşkarlanan saç spreyi Azərbaycanda da satılır? - AÇIQLAMA
-
Putin Zelenskinin açıq məktubu haqqında danışdı - “Düzünü desəm...“
-
Əvəz Qocayev işdən çıxarıldı - Prezident Sərəncam verib + DOSYE
-
Kuryerlər ``Wolt-Azərbaycan`` şirkətindən şikayətçidirlər - VİDEO
-
Bu yoldakı keçidin eskalatorları işləmir -VİDEO
-
İrana xəbərdarlıq etdi - “Livan sizin ölkəniz deyil”
-
“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA
-
Sosial şəbəkələrdə qeydiyyat - Yeni tələblər müəyyənləşir
-
Bu şəxslər pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq - Maaşlarının 6 misli həcmində
-
Putin Züleyxanın qızını daha qoruya bilmir - oliqarxlar onun “kəlləsini” istəyirlər
-
Müctəba Xameneidən ilk amnistiya: İranda iki min məhbus əfv edildi
-
Zamin duranlar üçün risklər: “Borcludan geri tələb edə bilər”
-
Baş prokuror Şəmkirdə vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr - Ali Məhkəməyə üz tutdu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nazir Zəngilanda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
-
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV






