“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“MedAura” klinikasında yoxlama - Qanunsuz plastik əməliyyat aparılıb

Tarix 06.08.24, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.
Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.


“MedAura” klinikasının baş həkimi, ümumi cərrah Nigar Məhəmmədova nazirlik tərəfindən aparılan yoxlamaya etirazı olmadığını, nöqsanları aradan qaldıracaqlarını bildirib.
11 may 2024-cü il tarixində “MedAura” klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb.
Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilib.


Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusifoğludur.
Xatırladaq ki, bir il əvvəl Lamiyə Kərimova adlı pasiyent “MedAura” klinikasında burun əməliyyatı etdirib. Lakin əməliyyat uğursuz alınıb.  Əməliyyatın uğursuz olması ilə bağlı Lamiyə Kərimova klinikaya müraciət etsə də, heç bir nəticə olmadığını dilə gətirmişdi.






Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap