Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“MedEra hospital”da daha bir rüsvayçılıq (VİDEO)

Tarix 23.05.18, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


"MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb.

AzFakt.com AzEuroNews.com-a istinadən xəbər verir ki, feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və təcili klinikaya çatdırdığını bildirib.

Onun sözlərinə görə, "MedEra hospital” onu valideyn kimi övladının qarşısında xəcalətli edib: "Mən Oqtay Şirəliyevi məlumatlandırıram, 21 saylı poliklinikada kardiloq tapılmadı.

Bizi bu klinikaya yönləndirdilər. Mən əsgər yetişdirirəm, amma bu klinikalar gələcəyimizi məhv edir.

Pulun yoxdursa, sənə baxmırlar. Cənab prezident, sizinlə birlikdə vətən xainlərini ifşa edəcəyik”.

Xatırladaq ki, sözügedən klinikada daha bir uşağın valideyni pula görə pis vəziyyətdə qalmışdı.

Mübariz Aslanov adlı istifadəçi "MedEra hospital” klinikası haqda yazmışdı ki, kartdan pul çıxarmaq üçün bankomat tapmamışdı və klinikanın həkimi Əli Quliyev onun 40 dərəcə qızdırmalı uşağına baxmaqdan imtina etmişdi. Sonra tərəflər barışmışdılar.







Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap