Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Media haqqında qanun bütün tənqidlər nəzərə alınaraq yenidən işlənməlidir” - Ələsgər Məmmədli

Tarix 21.07.22, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Milli Mətbuat günü ərəfəsində ASTNA ənənəvi olaraq Azərbaycanda medianın durumu ilə bağlı silsilə müsahibələri və yazıları davam etdirir. 

Media azadlığının vəziyyəti, media azadlığı ilə bağlı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması, bu ilin fevralından qüvvəyə minmiş Media haqqında qanun barədə ASTNA media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədliyə müraciət edib, ona suallar ünvanlayıb.

* * *

– Ələsgər bəy, Azərbaycanda son bir il ərzində media ilə bağlı hansı beynəlxalq öhdəliklər pozulub?

– Azərbaycanda son bir il ərzində media ilə bağlı hansı beynəlxalq öhdəliklərin pozulduğundan danışsaq, ilk növbədə bu istiqamətdə qoşulduğumuz və qəbul etdiyimiz Avropa Konvensiyasına və Avropa Məhkəməsi yuridiksiyasına nəzər salmalıyıq. Avropa Konvensiyasının tələblərindən biri 10-cu maddə, yəni ifadə azadlığının qorunmasıdır ki, bu da media azadlığını birbaşa əhatə edir. 2021-ci ildə Avropa Məhkəməsi 10-cu maddənin pozuntusu ilə bağlı Azərbaycana qarşı 6 qərar qəbul edib. Bu kifayət qədər böyük rəqəmdir. Bundan öncə də 10-cu maddə ilə bağlı çox sayda pozuntular vardı. Son 20 il ərzində Avropa Məhkəməsinin çıxardığı qərarların icra olunmaması ciddi problem olaraq qalmaqdadır. Bu birinci öhdəlik pozuntusudur ki, Konvensiyaya uyğun şəkildə ifadə azadlığı qorunmur. Eyni zamanda 2021-ci ilin noyabr ayında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı qeyd etmişdi ki, Venesiya Komissiyasının dəstəyi ilə media qanunvericiliyini müzakirəyə çıxarsın, onun rəyini alsın. Azərbaycan bu məsələdə də öz öhdəliklərini əməl etmədi. Azərbaycan qanun layihəsini Venesiya Komissiyasının rəyi üçün onun təftişinə təqdim etmədi.

– Bu il də jurnalistlərə qarşı həbslər, məhkəmə prosesləri və təhdidlər baş verdi. Həmin proseslərdə hansı pozuntuları qeyd etmək olar?

– 2021-ci ilin son dövründə və 2022-ci ilin ilk altı ayında tək jurnalistləri deyil, blogerləri, siyasətçiləri təhdid edən diffamasiya iddiları artıb və bu iddiaların artması fonunda məhkəmə qərarlarının olması daha ciddi narahatlıq yaradır. Bu ilin yanvar ayından etibarən Əli Əliyevə qarşı ilk diffamasiya iddiası məhkəmə tərəfindən qəbul olunub və ona həbs verilib. Eyni zamanda bir neçə gün əvvəl Tərtər hadisələrini araşdıran onlayn Kim TV-nin rəhbəri Abid Qafarova qarşı qazilərdən istifadə edilərək diffamasiya iddiası ilə məhkəmə tərəfindən həbs qərarı çıxarıldı. Halbu ki, o məsələdə diffamasiya, yəni qəsdən nalayiq formada təhqir yox idi, sadəcə qaziləri aciz adlandıraraq demişdi ki, onlar öz hüquqlarını mütəşəkkil şəkildə qorumalıdır. Burda əslində sərt tənqid vardı, hər hansı bir diffamativ ifadə yox idi. Buna baxmayaraq Yasamal rayon məhkəməsi onu həbs etdi. Və bütün bunlar göstərir ki, Azərbaycanda beynəlxalq standartların tətbiqi məsələsi çox uzaqdır. Bu ilin əvvəlindən çox saylı jurnalist prokurorluğa çağırılıb, xəbərdarlıq alıb. Bunların içərisində onlayn media nümayəndələri, sosial media aktivistləri var. Onların bir çoxu birbaşa Müdafiə naziliyi və Müdafiə Sənayesi nazirliyinin fəaliyyətindən yazanlardır. Onların içərisində eyni zamanda onlayn media qurumları da var.

– Azərbaycanda bu il yeni media qanunu qüvvəyə mindi. Bu yeni media qanunu jurnalistlərin və medianın fəaliyyətinə dair vəziyyəti müsbətə doğru dəyişə bildimi?

– Bu il fevralın 8-dən etibarən ötən ilin dekabrında Milli Məclis tərəfindən qəbul olunmuş Media haqqında qanun qüvvəyə minib. Qanunun qüvvəyə minməsindən sonra bu qanunun Azərbaycan mediasına və jurnalistikasına hər hansı bir pozitiv təsirinin olması gözlənilmirdi. Çünki əgər söhbət jurnalistlərin peşəkar fəaliyyəti aspektindən məsələyə yanaşmadan gedirsə, qanunvericilikdə peşəkar fəaliyyətə kifayət qədər çox dövlət nəzarəti, məhdudiyyətlər gətirən məqamlar nəzardə tutulub. Qanunvericiliyin tətbiqi bu ilin iyul ayının 8-dən sonra olmalı idi, amma hələ də media reyestri və jurnalistlərin reyestri fəaliyyətə başlamayıb. Bu daha çox məhdudlaşdırıcı rol oynayacaq. Bundan başqa qanunvericilikdə istər legitim məhdudiyyətlər çərçivəsini aşan məhdudiyyətlər, istərsə də dövlətin bilavasitə qeyri- teleradio sahəsinin lisenziyalaşdırma və icazəyə tabe tutmama məsələsi də kifayət qədər pozulur. Dövlət sadəcə teleradio sahəsini lisenziyalaşdıra və nəzarət edə bilərdi. Yeni qanunda isə bu demək olar ki, bütün media subyektlərini əhatə edir. Bu aspektdən bu qanun fəaliyyəti tənzimləməkdən çox məhdudlaşdırmağa xidmət edir. Bu, jurnalistlərin ilin sonuna qədərki fəaliyyətində əminəm ki, neqativ təsirini göstərəcək. Çünki MEDİA agentliyi sadəcə bir agentlik kimi yox, ləğv olunmuş Mətbuat nazirliyi funksiyasını geri almış vəziyyətdədir. Onun həm cəzalandırma səlahiyyəti, həm media strukturlarını şirnikləndirmə vəzifəsi var. Onlara müəyyən mənada kreditlərin verilməsi və yaxud hansısa imtiyazların tanınması kimi, eyni zamanda bu qanunvericiliklə jurnalist adının ümumiyyətlə ciddi şəkildə nəzarətə alması var. 3 ilə qədər bəlli stajı olmayan, eyni zamanda ali təhsili olmayan, hansısa qurumla müqaviləsi olmayan, fərdi sahibkar kimi qeydiyyatdan keçməyən şəxslərin jurnalist kimi fəaliyyət göstərməsi mümkün olmayacaq. Bütün bunlar media fəaliyyətinə legitim olmayan müdaxilədir.

– Media haqqında yeni qanun həmin beynəlxalq öhdəliklərə cavab verirmi?

– Birmənalı olaraq demək olar ki, vermir. Bu standartlara cavab verməməsinin əsas səbəblərindən biri kimi burda dövlətin tənzimləmə adı altında media azadlığına müdaxilə imkanlarının minimalizə olunması zəruriliyi prinsipi pozulur. Qanun qəbul olunduqdan sonra Venesiya Komissiyası təxminən 5 aylıq müddət ərzində qanunu incələdi və Azərbaycan hökumətinə mənfi rəy göndərdi. Həmin rəydə çox geniş şəkildə qanunun bir çox aspektdən – həm jurnalistlərin fəaliyyətini məhdudlaşdırma, həm informasiyalara gətirilən legitim olmayan məhdudiyyətlər, həm tənzimləyici qurumlara verilən, xüsusən lisenziya verən qurum olan Audivizual Şuranın formalaşması və fəaliyyəti ilə bağlı hissə, həm jurnalistikanın bəlli standarta salınması və bu çərçivədə yalnız bəlli kateqoriyada olan şəxslərin jurnalist sayılması, həm Media reyestri və jurnalist reyestri aparılaraq faktiki olaraq hər kəsin “nömrələnməsi” kimi qəbul olunan məsələlərə neqativ rəy verdi. Və bu qanunun standartlara cavab vermədiyini, Avropa Konvensiyasının 10-cu maddəsi çərçivəsində ifadə azadlığını qoruyacaq bir media mühitinə rəvac vermədiyini açıq şəkildə bəyan etdi.

– Medianın öz işini normal, standartlara uyğun görə bilməsi üçün qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var? Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün hansı addımlar atmalıdır?

-İlk növbədə Media haqqında qanun bütün tənqidlər nəzərə alınaraq yenidən işlənməlidir. O qanunun ruhu medianı məhdudlaşdırmağa deyil, media azadlığına xidmət etməlidir. İkinci önəmli məsələ, diffamasiyanın dekriminallaşdırılması çox sürətlə həllini tapmalıdır. Artıq diffamasiya iddialarına görə cinayət məsuliyyəti olmamalıdır. Avropa standartları baxımından birmənalı qəbul olunmur ki, diffamasiya iddiasına görə hansısa jurnalist, sosial media aktivisti və ya siyasətçi həbs olunur. Üçüncü önəmli məqam, jurnalistikanın ən önəmli yeni sahəsi hesab olunan onlayn media mühitinə dövlətin qanunsuz müdaxilə imkanını genişləndirən İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunvericiliyə gətirilən məhdudiyyətlər aradan qaldırılmalıdır. Çünki həmin qanunvericilikdə olan bloklama səlahiyyəti, məhkəmə qərarı olmadan hansısa informasiyaların qanunvericiliyə zidd informasiya hesab olunaraq, yayılmasının qadağan edilməsi, jurnalistlərin buna görə həm inzibati qaydada cərimələnməsi, həm də digər formalarda xəbərdarlıqların olması standartlara cavab vermir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Dördüncüsü, informasiyaya çıxış və informasiya agentliyi hüququnun təminatı baxımından daha müstəqil nəzarət mexanizmi olmalıdır. Həm də dövlət qurumlarının, xüsusən də informasiya sahibi hesab olunan, ictimai funksiya həyata keçirən bütün qurumların informasiya açıqlığının maksimum təminatını qoruyan normalar gətirilməlidir. Və bu normalar məhkəmə tərəfindən birmənalı tədqiq olunmalıdır.

Azərbaycanda məhkəmələr informasiya hüququnu qorumağa imkan vermir. Hətta 2021-ci ildə bu istiqamətdə ilk dəfə Avropa Məhkəməsi “Rövşən Hacıbəyli Azərbaycana qarşı işi”ndə Azərbaycanda informasiya almaq hüququnun pozulması kontekstində 10-cu maddənin pozulmasını tanıyıb. O imkan verir ki, həm də biz bu məsələyə yanaşmamızı Avropa Məhkəməsi kölgəsində ona uyğun quraq. Və ən önəmli məsələ, dövlətin jurnalistlərə qarşı olan basqılarda özünün bu basqılara yol verməməsi, istərsə də jurnalist fəaliyyətinə qeyri-legitim müdaxilələrin cəzalandırılması mexanizmini işlək hala gətirməməsidir. Bu da vacib elementdir. Çünki jurnalistlər ictimai tədbirləri işıqlandırarkən, ümumi informasiya toplayarkən zaman-zaman qeyri-məhdud maneələrə rast gəlirlər. Bu maneələr – onların əlindən kameralarının alınmasından tutmuş, hədələnməsi, ictimai yerdə çəkilişə icazə verilməməsi və bu kimi digər hallar jurnalistikanın təməl prinsipi olan informasiya toplamaq fəaliyyətini məhdudlaşdırır.



Xəbərin oxunma sayı : 856




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap