Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Məhəmmədoğulları” şirkəti cərimələndi – 2 min manat məbləğində

Tarix 22.09.20, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən “Məmmədoğullar” MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən birgə araşdırma aparılıb.

Araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranan çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.

Araşdırma nəticəsində toplanan material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə “Məhəmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 min manat məbləğində cərimə edilib.




Xəbərin oxunma sayı : 487




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap