Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb” – Fikrət Məmmədov

Tarix 22.11.19, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


“Bu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib”.

Bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

Nazir qeyd edib ki, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir: “İcra haqqında qanunvericiliyin tələblərini pozan 3700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb”.

Onun sözlərinə görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 10 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən belə məhdudiyyət götürülüb:

“Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın yarıdan çoxu ödətdirilib”. (Report)



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap