Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Məişət zorakılığı törədənlərin şəxsi məlumatlarının yayılması düzgün deyil” – Komitə rəsmisindən açıqlama

Tarix 16.10.19, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalanların şəxsi məlumatlarının mətbuatda və sosial şəbəkələrdə ictimailəşdirilməməsi üçün çağırış edib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov açıqlamasında deyib ki, zorakılıq qurbanlarının şəxsi məlumatlarının açıq-aşkar ictimailəşdirilməsi həm beynəlxaq konvensiyaların, həm də milli qanunvericilik normalarının pozulması deməkdir.

“Dəfələrlə bu məsələ ilə bağlı mətbuat nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət etmişik ki, məişət zorakılığına məruz qalan qadın, uşaq və kişilərin ad-soyadları, üz cizgiləri, yaşadıqları ünvanlar, eləcə də digər şəxsi məlumatları ictimailəşdirilməsin. Nəinki zorakılıq qurbanlarının, hətta zorakılıq törədənlərin də şəxsi məlumatlarının bu və ya digər formada yayılması düzgün deyil. Çünki zorakılığa məruz qalmış qadının yayılan görüntüləri, onun adı və soyadı sonradan övladlarına və yaxınlarına qarşı qınaq kimi istifadə oluna bilər. Bu da xoşagəlməyən sonluqla nətiəcələnə bilər”, E.Səfərov vurğulayıb.

O qeyd edib ki, Dövlət Komitəsi məişət zorakılığına məruz qalan şəxslərin uşaqlarını da müdafiə edir: “Biz təklif edirik ki, zorakılıq qurbanlarının adı-soyadı və ünvanı ictimaiyyətə şərti çatdırılsın. Həm media nümayəndələrindən, həm də sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, belə məsələlərə həssaslıqla yanaşsınlar və zorakılıq qurbanlarının şəxsi məlumatlarının yayılmasında iştirakçı olmasınlar. Bu xətti keçmək düzgün deyil. Ən birincisi, bu, insan hüquqlarının pozulması deməkdir. Artıq məişət zorakılığı qurbanlarının şəxsi məlumatlarını ictimailəşdirənlərə qarşı bizim də münasibətimiz, yanaşmamız dəyişib”. 




Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap