Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əməkdar artistin qızı dələduzluq işinə görə məhkəmə qarşısına çıxarıldı - 140 min dollarımızı mənimsəyib

Tarix 19.01.23, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova dindirilib.

Musavat.com xəbər verir ki, yanvarın 19-da baş tutan prosesdə Xatirə Məmmədova vaxtilə münasibətdə olduğu, evlənmək qərarı verdiyi Türkiyə vətəndaşı Mustafa İbili ilə bağlı şahid qismində ifadə verib.

Mustafa İbili hazırda təqsirləndirilən şəxs statusundadır və həbsdə olmasa da,  məhkəmədə mühakimə olunur. Cavanşir Məmmədov da onun ittiham edildiyi dələduzluq işi üzrə zərərçəkmiş qismində tanınıb. Cavanşir Məmmədov və ailə üzvləri iddia edir ki, Mustafa İbili onların 130 min dollardan çox pulunu ələ keçirib.

Mustafa İbili isə əksinə, bu ailənin ona böhtan atdığını deyir. Onun sözlərinə görə, Türkiyədəki evini də satıb, Xatirə Məmmədova üçün zinət əşyaları və başqa hədiyyələrə, birlikdə yaşayacaqları ev və əşyalarına xərcləyib.

Məhkəmədə dindirilən Xatirə Məmmədova deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, Mustafa İbili dəfələrlə onun özündən də, qızından da pul alıb və həmin pulları ələ keçirib. Müğənninin qızı deyir ki, bir sıra hallarda pullar bank vasitəsilə göndərilib, bunu təsdiqləyən sənədlər də var.

Məhkəmə iclasının gedişində Cavanşir Məmmədov tanınmış müğənni olduğunu, dünyanın müxtəlif ölkələrində konsertlər verdiyini deyərək, burada ailədaxili məsələlərin müzakirə olunduğunu vurğulayıb, prosesin qapalı keçirilməsini istəyib. Hakimlər qərar verib ki, Xatirə Məmmədovanın dindirməsinin bir hissəsi qapalı keçirilsin. Bundan sonra prosesi izləyənlər məhkəmə zalından çıxarılıb.

Məhkəmə iclasının açıq keçirilən hissəsində isə Xatirə Məmmədova Mustafa İbilinin vəkilinin suallarını cavablandırıb. Xatirə Məmmədova İbilinin ona bahalı hədiyyələr alması haqda dediklərini inkar edib. Bu zaman vəkil bildirib ki, ortada konkret sübutlar, səs yazıları, mesajlar var.

Bu işlə bağlı məhkəmə prosesi davam edir.

Mustafa İbili əvvəlki açıqlamalarında deyib ki, 2018-ci ildə Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə tanış olub. Daha sonra o, evlənmək üçün Bakıya gəlib. Bundan sonra tərəflər arasında pul məsələsi ilə bağlı mübahisə yaranıb:

“Evlənməyə qərar vermişdik. Türkiyədəki evimi, ofisimi sataraq 55 min dollar götürüb Bakıya gəldim. Xatirə məni anası və qızı ilə tanış etdi. Anası dedi ki, evlənmək üçün Bakıdan ev almalıyam. Mən də Yasamaldan ikiotaqlı mənzil, Xatirənin özünə isə geyim, telefon, qızıl zinət əşyaları aldım. 4 dəfə Türkiyəyə apardım, ailə ilə birlikdə gəzdirdim. 2021-ci ilə qədər münasibətimiz davam etdi və bu müddətdə ümumilikdə 240 min dollarım çıxdı.

Mən birja işi ilə məşğul olurdum. İnvestisiya qoyub qazanc götürürdüm. Cavanşir Məmmədov da bu işə girmək istədi və mənə pul verdilər ki, birjada sərmayə edim. Bir müddət onlara qazanc verdim, lakin sonra Türkiyədə lirə dəyər itirdi deyə, zərərə düşdük, pulu verə bilmədim. Amma hamısı öz istəkləri ilə olub. Cavanşir Məmmədovun verdiyi bütün pulları Xatirə mənim bank hesabıma köçürtdürüb. Mən Xatirə Məmmədovanın göstərişi ilə aldığım mənzili və əşyaları Cavanşir Məmmədova təhvil verməyə hazıram. Əlavə olaraq istintaqda qardaşımdan borc alaraq 10 min dollar Cavanşir Məmmədova ödədim. Artıq pulum qalmayıb. Məni aldadaraq pullarımı xərclətdiyi üçün Xatirə Məmmədovaya cinayət işi başlanmasını və xərclədiyim pulların geri qaytarılmasını istəyirəm”.

Cavanşir Məmmədov isə Mustafa İbilinin iddialarının həqiqətə uyğun olmadığını demişdi. O, iddiaların tam əksinə M.İbilinin onlara qarşı dələduzluq etdiyini və zərərçəkmiş kimi tanındıqlarını bildirib.

Mustafa İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir.



Xəbərin oxunma sayı : 856




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap