“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Məktəbə yaxın ərazilərdə siqaretlərin satışı qadağan edilməlidir“ - Deputat

Tarix 31.05.23, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


“İctimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbə yaxın ərazilərdə siqaret satışının qadağan edilməsi və s. məsələlərlə əlaqəli qanunun icrası ilə bağlı heç bir ciddi addımlar atılmayıb”.

Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O, eyni zamanda şəhid ailələri və qazilərin iş və mənzillə təminatı məsələsinə də toxunub: “Bu yaxınlarda Kəlbəcərdən olan şəhid həkimin ailə üzvü mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildirirlər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Onsuz da bir kəlbəcərli kimi, ata yurdundan onlara ev düşür, amma həmin şəxslərin qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Həmin şəxs ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap