Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əməlləri işfa olunan general böhtana keçir - Eldar Mahmudovla yaxın olan idarə rəisi çıxılmaz durumda

Tarix 18.01.17, 3:44

Font ölçüsü : - / +
bitmap-img6


Xeyriyyəçi iş adamı kimi tanınan İlham Qasımovun Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanov tərəfindən saxta-qurama ittihamlarla həbs edilməsi son zamanlar medianın diqqət ayırdığı əsas mövzulardan biridir.Baş Prokurorluqda yüksək vəzifə tutan bir şəxsin iş adamının əmlakını ələ keçirmək planı üçün qurduğu oyunlar nəticəsində onu həbs etdirməsi artıq sübut olunub.

Gununsesi.info-nun şərlənən iş adamının başına gətirilənlərlə bağlı araşdırmaları  PA və digər yuxarı instansiyalarda da nəzarət götürülüb və araşdırma aparılır.
Xatırladaq ki,  generalın Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən qohumu Zeynal Ağayev onun sifarişi ilə iş adamına 15 il cəza təyin edib. Ilham Qasımov o şəxsdir ki,  hakim partiya üçün Astarada bina inşa etdirib. Bu o şəxsdir ki, yüzlərlə qaçqın-köçkün ailəsinə mənzillər bağışlayıb, şəhid ailələrinə hər zaman dayaq olub.
Görünür, İlham Qasımovun şərlənməsi ilə bağlı aidiyyatı orqanların araşdrmaya başlaması Müqəddəs Sultanovu və onun biznes şəriki Gülağa Qəmbərov kimi şəxsləri narahat edir.
Görünür, bu narahatlığın səbəbidir ki, Müqəddəs Sultanov bəzi saytlarda iş adamına çamur atmağa başlayıb.
Həmin saytda iş adamı İlham Qasımovu sabiq MTN şefi Eldar Mahmudovun yaxını kimi təqidm edirlər. Hansı ki, Azərbaycanda bir çoxları İlham Qasımovun oğlunun Eldar Mahmudovun dəstəsi tərəfindən hələ bir neçə il əvvəl oğurlanaraq, MTN-nə aparılması və azadlığı müqabilində 1.5 milyon manat pulunun alınması faktını bilir.
Bundan başqa İlhamQasımov  hazırda məhkəməsi davam edən MTN generallarının işində əsas zərərçəkənlərdən biri kimi tanınıb və bu proses də davam edir.
Yaxud, iş adamına böhtan atdıran Müqəddəs Sultanov anlamır ki, cəmiyyətdə axmaqlar azdır və əksəriyyət hər gün mediada İlham Qasımovla  deyil, məhz Gülağa Qəmbərovla Eldar Mahmudovun birgə fotosunu görür.
 
Həmin fotonu bir daha təqdim edirik:



Digər məqam: Axtarışda olan Gülağa Qəmbərovu ölkəyə gətirən Eldar Mahmudovun olduğunu bilə-bilə, onunla şərikli biznes quran Müqəddəs Sultanov MTN şefinə daha yaxın olub, yoxsa, hər zaman bu nazirliyin hədəfində olan İlham Qasımov? Təbii ki, xalqın gözü tərəzidir və hər şeyi yaxşı görür.
 
İlham Qasımovun yaxınları Gununsesi.info vasitəsilə Müqəddəs Sultanovdan soruşur: Əgər doğrudan da İlham Qasımov dələduzluq cinayəti törədibsə,  ötən müddətdə niyə bir nəfər də olsun ortaya çıxıb, şikayət etməyib.
Bu işdə əsas simalardan olan Gülağa Qəmbərova gəlincə, onun hazırda hansı durumda olduğunu və qarşıda onu nələrin gözlədiyini də məlumatlı şəxslər bilir.
Sonda onu da qeyd edək ki, qarşıda İlham Qasımovun apelyyasiya şikayətinə baxılacaq. Prosesin yuxarı orqanların diqqətində olması M.Sultanovun bu dəfə məhkəməyə təzyiq göstərəciyinə inamını azaldıb. Ona görə də guya İlham Qasımovun rüşvət müqabilində azadlığa çıxacağına dair yersiz iddialar oortaya atılır. İlham Qasımovun özü anası isə ölkə başçısına şikayətlərində ədaləti Prezidentdən və dövlətdən gözlədiklərini bəyan edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Gununsesi.info




Xəbərin oxunma sayı : 424




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap