Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Məmurlar obyektlər tikərək Xəzər dənizindən insanlarımızı məhrum edirlər“ - Fazil Mustafa

Tarix 23.02.21, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


"Ötən ay Azərbaycan dövləti Türkmənistanla Xəzərdəki resursların istifadəsi ilə bağlı memorandum imzalayaraq böyük bir tarixi addım atdı. Bunun ardınca Azərbaycan xalqı ilə imtiyazlı sahibkar-məmurlar arasında da Xəzərlə insafla davranılması barədə memorandum imzalanmalıydı".

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, məmurlar, imtiyazlı sahibkarlar Xəzər dənizinə gedən yolları harada əllərinə imkan düşürsə, bağlayırlar:

"Ləhiş, Kürdəxanı, Pirşağı bağlarından döngə ilə dənizə çıxmaq istərkən görürsən ki, qarşına hündür hasarlar çıxır və dalana dirənirsən. Bizdə dənizlə tikinti arasında mühafizə zolağı haradasa 50 metr olmalıdır. İllərdir qanunun bu tələbinə əməl olunmur, üstəlik də "el yolu" deyilən dənizə çıxışlara da ya hasarla, ya da şlaqbaumla əngəl yaradırlar. İmtiyazlı məmurlar istənilən şəkildə obyektlər tikərək bu nemətdən insanlarımızı məhrum edirlər.

Digər yandan da ekoloqlar xəbərdarlıq edirlər ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşəcək, indiki sahildən 20 metrdən çox aralanacaq və böyük ekoloji fəlakət yaşanacaq. Əslində mən buna ekoloji fəlakət kimi baxmıram. Bu, sadəcə mistik ədalətin təntənəsi kimi anlaşılmalıdır. Xəzər illərdir gözləyirdi ki, adamlar insafa gəlib dənizin içinə girməzlər, onu hasarlamazlar, qumunu daşıyıb aparmazlar, balıqlarını məhv etməzlər.

Ancaq görəndə ki, azərbaycanlı mentalitetini dəyişmək mümkün deyil, dəniz özü məğlubiyyətini qəbul edib geri çəkilməli oldu. Erməni orada özünə "dənizdən dənizə" deyib saxta bir xəyal qurub, biz isə böyür-başımızda "dənizə" bir ilahi nemət kimi hələ də dəyər verə bilmirik". (Pravda.az)



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap