Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mən Əli İnsanovu niyə dəstəkləməliyəm?” – Etibar Məmmədovdan qəzəbli açıqlama

Tarix 07.05.19, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.

Bunu Modern.az-ın sualına cavab olaraq, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:

“O kim, mən kim… Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.

Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib:

“Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.





Xəbərin oxunma sayı : 247




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap